12px13px15px17px
Tarix:24/05/13

Texniki reqlamentlər, standartlar və keyfiyyətin qiymətləndirilməsi prosedurlarına dair sorğular onlayn təqdim ediləcək

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin "Texniki reqlamentlər, standartlar və keyfiyyətin qiymətləndirilməsi prosedurlarına dair sorğuların onlayn təqdim edilməsi" xidməti "Elektron hökumət" portalına inteqrasiya edilib.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, sözügedən xidmət Azərbaycan Respublikasında və ölkə xaricindən fiziki və hüquqi şəxslər tərəfindən texniki reqlamentlər, standartlar və keyfiyyətin qiymətləndirilməsi prosedurlarına dair sorğuların elektron qaydada qəbulunu və cavablandırılmasını əhatə edir. İstifadəçiləri hüquqi və fiziki şəxslər, dövlət orqanları, bələdiyyələr olan interaktiv növlü elektron xidmət ödənişsiz həyata keçirilir.

Texniki reqlamentlər, standartlar və keyfiyyətin qiymətləndirilməsi prosedurlarına dair sorğu sistemə daxil olduğu andan etibarən icraya yönləndirilməsi barədə istifadəçiyə dərhal bildiriş göndərilir.

Ən geci 1 iş günü ərzində sorğu qeydə alınaraq komitənin Texniki tənzimləmə və standartlaşdırma şöbəsinə icra üçün təqdim edilir. Sorğuların cavablandırılması istiqamətində müraciətlərin təşkili və əldə olunan müvafiq cavabların istifadəçiyə çatdırılması 10 iş günü ərzində həyata keçirilir.

CAHANGİR



Baxış sayı: 1423

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024