12px13px15px17px
Tarix:25/05/13

Dünyanın ən bahalı videooyunu hansıdır?

"Codemasters" şirkəti bütün dünyanı heyrətləndirməyə qərar verib. O, "Grid 2" adlanan yeni yarış simulyatorunun xüsusi nəşrinə ilkin sifariş rəsmiləşdirməyi təklif edir. Sözügedən nəşr mayın 31-də "Mono Edition" adı altında işıq üzü görəcək.

Ötən gün rəsmi saytda dərc edilmiş məlumata əsasən, bu versiyanın qiyməti 125 min funt (188.9 milyon dollar) təşkil edir. Alıcı bu pula oyundan başqa, Britaniya mütəxəssisləri tərəfindən hazırlanmış "BAC Mono" superkarı əldə edəcək. Onun kapotu altında 280 at gücündə 2.3 litrlik mühərrik yerləşir ki, bu da saatda 2.8 saniyə ərzində 100 kilometrədək sürət yığmağa imkan verir.

Maksimal sürət saatda 170 mil (saatda 272 km) təşkil edir. "ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, "Mono Edition" artıq "Ginnesin rekordlar kitabı"na ən bahalı kommersiya oyunu kimi daxil edilib.

Emil Hüseynov



Baxış sayı: 671

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024