Tarix:27/05/13
"ICTnews" elektron xəbər xidmətinə bu barədə Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, Səhiyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətin icra müddəti 5 gündür:
"Elektron xidmətin göstərilməsinin nəticəsi olaraq, hüquqi və fiziki şəxslərin müvafiq istehsal sahələri ilə məşğul olanlara gigiyenik sertifikatın verilməsi üçün elektron qaydada, növbəsiz, heç yerə getmədən sənədlərin verilməsi təmin ediləcək.
Xidmət interaktiv və ödənişsizdir". Elektron xidmətdən bütün istifadəçilər, o cümlədən Azərbaycanda fəaliyyət göstərən fiziki və hüquqi şəxslər istifadə edə bilərlər:
"Vətəndaş elektron xidmətin təqdim edildiyi internet səhifəsində şəxsiyyət vəsiqəsinin nömrəsini və pin kodunu daxil edərək qeydiyyatdan keçir. Qeydiyyatdan keçdikdən sonra özünə istifadəçi adı və şifrə təyin edir. Sorğu internet ünvanlara daxil olduğu tarixdə qeydə alınır və bu barədə dərhal ərizəçinin elektron poçtuna bildiriş göndərilir. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və bu barədə ərizəçinin elektron poçtuna 5 gün ərzində bildiriş göndərilir. Ərizəçi tərəfindən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğu qəbul edilir".
Mərkəzdən qeyd edilib ki, çatışmazlıqlar və imtina üçün əsas olmadıqda, 15 gündən gec olmayaraq, gigiyenik sertifikat verilməsi haqqında qərar qəbul edilir. Gigiyenik sertifikat blankı rəsmiləşdirilərək ərizəçiyə birbaşa təqdim olunması və ya poçt rabitəsi vasitəsilə göndərilməsi yolu ilə verilir. Xidmətin yerinə yetirilməsinə nəzarəti Respublika Gigiyena və Epidemiologiya Mərkəzi həyata keçirir.
Həqiqət İSABALAYEVA
İstehsal sahələri üzrə gigiyenik sertifikatın verilməsi üçün elektron qaydada sənədlərin verilməsi təmin ediləcək
Səhiyyə Nazirliyi növbəti elektron xidmətini istifadəçilərə təqdim edib. "Daxili istehsal məhsullarına və idxal edilən məhsullara gigiyenik sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu" adlanan bu xidmətə əsasən, hüquqi və fiziki şəxslərin müvafiq müraciəti, tələb olunan sənədlərin qəbul edilməsi və nəticəsi barədə istifadəçiyə məlumat veriləcək."ICTnews" elektron xəbər xidmətinə bu barədə Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, Səhiyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətin icra müddəti 5 gündür:
"Elektron xidmətin göstərilməsinin nəticəsi olaraq, hüquqi və fiziki şəxslərin müvafiq istehsal sahələri ilə məşğul olanlara gigiyenik sertifikatın verilməsi üçün elektron qaydada, növbəsiz, heç yerə getmədən sənədlərin verilməsi təmin ediləcək.
Xidmət interaktiv və ödənişsizdir". Elektron xidmətdən bütün istifadəçilər, o cümlədən Azərbaycanda fəaliyyət göstərən fiziki və hüquqi şəxslər istifadə edə bilərlər:
"Vətəndaş elektron xidmətin təqdim edildiyi internet səhifəsində şəxsiyyət vəsiqəsinin nömrəsini və pin kodunu daxil edərək qeydiyyatdan keçir. Qeydiyyatdan keçdikdən sonra özünə istifadəçi adı və şifrə təyin edir. Sorğu internet ünvanlara daxil olduğu tarixdə qeydə alınır və bu barədə dərhal ərizəçinin elektron poçtuna bildiriş göndərilir. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və bu barədə ərizəçinin elektron poçtuna 5 gün ərzində bildiriş göndərilir. Ərizəçi tərəfindən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğu qəbul edilir".
Mərkəzdən qeyd edilib ki, çatışmazlıqlar və imtina üçün əsas olmadıqda, 15 gündən gec olmayaraq, gigiyenik sertifikat verilməsi haqqında qərar qəbul edilir. Gigiyenik sertifikat blankı rəsmiləşdirilərək ərizəçiyə birbaşa təqdim olunması və ya poçt rabitəsi vasitəsilə göndərilməsi yolu ilə verilir. Xidmətin yerinə yetirilməsinə nəzarəti Respublika Gigiyena və Epidemiologiya Mərkəzi həyata keçirir.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 995
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır