12px13px15px17px
Tarix:27/05/13

Lotereya biletlərinin elektron formada satılması üzrə tələblər müəyyən edilib

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) qərarı ilə “Lotereyaların təşkili və keçirilməsi” qaydaları təsdiq edilib və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə komitənin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Qurumdan qeyd edilib ki, yeni Qaydalar lotereya təşkilatçısı tərəfindən lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) təşkili, keçirilməsi, məlumatların açıqlanması və hesabatların QKDK-ya təqdim edilməsi proseslərini tənzimləyir.

Həmçinin, qaydalarda lotereya biletlərinin elektron formada satılması üzrə tələblər müəyyən edilib, habelə elektron nəzarətin həyata keçirilməsi mexanizmləri öz əksini tapıb.

HƏQİQƏT



Baxış sayı: 719

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024