Tarix:27/05/13
Beləliklə, “Milliön”ün müştəriləri ödəmələrini 800-dən çox ödəmə terminallarında həyata keçirə bilərlər. “Milliön”lə partnyorluq ilk növbədə bizə müştərilərimizin rahatlığının qayğısına qalmaq imkanı yaradır, çünki hamının iş saatlarında bizim ofislərə yaxınlaşıb krediti ödəmək imkanı yoxdur. İndi bizim ödəmələr 800-dən artıq ödəmə nöqtələrində həyata keçirilə bilər və biz ümidvarıq ki, bu bizim müştərilərin xoşuna gələcək”– “Finca Azerbaijan”da qeyd ediblər. “Bu, qeyri-bank kredit təşkilatı ilə həyata keçirilmiş ilk layihədir.
Həmçinin bu layihədə ilk dəfə iki valyuta tətbiq olundu – belə ki, müştəri kreditini həm manat, həm də dollarla ödəyə bilər. Bizim terminallar ölkənin bütün rayonlarında quraşdırılıb, həmçinin “FİNCA Azerbaijan”ın sub-ofislərinə yaxın yerlərdə.
Qeyd edək ki, ilk günlərin statistik nəticələrinə əsasən, müştərilər bu yenilikdən razıdılar” - deyə - “Komtec LTD” (MilliÖN brendinin sahibi) MMC-nin icraçı direktoru Söhrab Fərhadov qeyd edib. Kreditlərin ödənilməsi üçün terminalın ekranında “Bank xidmətləri” bölməsini seçib, “FİNCA Azerbaijan” düyməsinə basmaq, hesab nömrəsini daxil etmək, təsdiqləmək, əskinası daxil etmək və çeki almaq lazımdır. Kreditlərin ödənilməsi üçün komissiya tutulmur.
Ödəmələr onlayn rejimində keçirilir. “Terminallarımız vasitəsilə ödənə bilən xidmətlər siyahısının genişləndirilməsi bizim əsas məqsədimizdir. Əhalinin müxtəlif ödəmələri, maliyyə və bank xidmətləri daxil olmaqla, həyata keçirmələri üçün əlimizdən gələni edirik” – deyə, S.Fərhadov əlavə edib.
Aynur Vəliyeva
“Finca Azerbaijan” qeyri-bank təşkilatı “Milliön” ödəniş sisteminə qoşulub
“Finca Azerbaijan” müştəriləri bu həftədən etibarən kreditlərini təşkilatın ofisindən kənarda gün ərzində ödəmə imkanı əldə ediblər. “Milliön”dən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, bu, “Finca Azerbaijan”ın “Milliön” ödəmə sisteminə qoşulması nəticəsində baş verib.Beləliklə, “Milliön”ün müştəriləri ödəmələrini 800-dən çox ödəmə terminallarında həyata keçirə bilərlər. “Milliön”lə partnyorluq ilk növbədə bizə müştərilərimizin rahatlığının qayğısına qalmaq imkanı yaradır, çünki hamının iş saatlarında bizim ofislərə yaxınlaşıb krediti ödəmək imkanı yoxdur. İndi bizim ödəmələr 800-dən artıq ödəmə nöqtələrində həyata keçirilə bilər və biz ümidvarıq ki, bu bizim müştərilərin xoşuna gələcək”– “Finca Azerbaijan”da qeyd ediblər. “Bu, qeyri-bank kredit təşkilatı ilə həyata keçirilmiş ilk layihədir.
Həmçinin bu layihədə ilk dəfə iki valyuta tətbiq olundu – belə ki, müştəri kreditini həm manat, həm də dollarla ödəyə bilər. Bizim terminallar ölkənin bütün rayonlarında quraşdırılıb, həmçinin “FİNCA Azerbaijan”ın sub-ofislərinə yaxın yerlərdə.
Qeyd edək ki, ilk günlərin statistik nəticələrinə əsasən, müştərilər bu yenilikdən razıdılar” - deyə - “Komtec LTD” (MilliÖN brendinin sahibi) MMC-nin icraçı direktoru Söhrab Fərhadov qeyd edib. Kreditlərin ödənilməsi üçün terminalın ekranında “Bank xidmətləri” bölməsini seçib, “FİNCA Azerbaijan” düyməsinə basmaq, hesab nömrəsini daxil etmək, təsdiqləmək, əskinası daxil etmək və çeki almaq lazımdır. Kreditlərin ödənilməsi üçün komissiya tutulmur.
Ödəmələr onlayn rejimində keçirilir. “Terminallarımız vasitəsilə ödənə bilən xidmətlər siyahısının genişləndirilməsi bizim əsas məqsədimizdir. Əhalinin müxtəlif ödəmələri, maliyyə və bank xidmətləri daxil olmaqla, həyata keçirmələri üçün əlimizdən gələni edirik” – deyə, S.Fərhadov əlavə edib.
Aynur Vəliyeva
Baxış sayı: 832
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib