Tarix:27/05/13
Bu barədə “ICTnews.az” elektron xəbər xidmətinə Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurasının sədr müavini Mirhəsən Seyidov məlumat verib. Onun sözlərinə görə, paneldə "Azərbaycan" qəzetinin redaktoru İxtiyar Hüseynli, jurnalist, blogger Azər Qəribov, jurnalist, teleaparıcı Xoşqədəm Baxşəliyeva və "İRƏLI" İctimai Birliyinin sədri Rauf Mərdiyev qonaq qismində iştirak ediblər. Onlar bildiriblər ki, indiki müasir zamanda hər bir internet istifadəçisi artıq informasiya yayımçısıdır.
Çünki medianın sosiallaşması artıq kütləvi informasiya vasitələri ifadəsinin məzmunca və xaraktercə mahiyyətinin dəyişdiyini göstərir. M.Seyidov qeyd edib ki, hər bir insanın informasiya yayan qismində çıxış etməsi artıq o deməkdir ki, internetə çıxışı olan insan xəbər mənbəyidir. Məhz hər bir istifadəçinin öz gördüyünü foto və ya video formatda paylaşması, hansısa problemi qabartması və onun ətrafında müzakirə açılması sosial şəbəkələri medianın bir növünə çevirib.
«Lakin bu, o demək deyil ki, xəbər sosial şəbəkələrdə yayılırsa, onun məsuliyyəti digərlərindən azdır».
Tədbirdə qeyd olunub ki, fərdi informasiya vasitələrinin yarandığı dönəmdə fərdi məsuliyyət daha da önə çıxır. Panelin mövzusu tələbələrin xüsusilə marağına səbəb olub.
Onlar internetin imkanlarından necə əlverişli yararlanmaq, sosial medianın verdiyi üstünlükləri təmsilçilik fəaliyyətinə necə tətbiq etməklə bağlı suallar veriblər. Panelin qonaqları tövsiyə ediblər ki, hər bir azərbaycanlının, xüsusilə tələbələrin sosial mediada aktivliyi məhz vətənpərvərlikdən kənar olmamalı, hər addımında vətənini düşünməlidir.
SEYMUR
«Sosial media və təmsilçilik: zamanın internet məkanında faydalı istifadə metodları» mövzusunda panel keçirilib
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin 3-cü Ümumukrayna Forumu çərçivəsində "Sosial media və təmsilçilik: zamanın internet məkanında faydalı istifadə metodları" mövzusunda panel keçirilib.Bu barədə “ICTnews.az” elektron xəbər xidmətinə Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurasının sədr müavini Mirhəsən Seyidov məlumat verib. Onun sözlərinə görə, paneldə "Azərbaycan" qəzetinin redaktoru İxtiyar Hüseynli, jurnalist, blogger Azər Qəribov, jurnalist, teleaparıcı Xoşqədəm Baxşəliyeva və "İRƏLI" İctimai Birliyinin sədri Rauf Mərdiyev qonaq qismində iştirak ediblər. Onlar bildiriblər ki, indiki müasir zamanda hər bir internet istifadəçisi artıq informasiya yayımçısıdır.
Çünki medianın sosiallaşması artıq kütləvi informasiya vasitələri ifadəsinin məzmunca və xaraktercə mahiyyətinin dəyişdiyini göstərir. M.Seyidov qeyd edib ki, hər bir insanın informasiya yayan qismində çıxış etməsi artıq o deməkdir ki, internetə çıxışı olan insan xəbər mənbəyidir. Məhz hər bir istifadəçinin öz gördüyünü foto və ya video formatda paylaşması, hansısa problemi qabartması və onun ətrafında müzakirə açılması sosial şəbəkələri medianın bir növünə çevirib.
«Lakin bu, o demək deyil ki, xəbər sosial şəbəkələrdə yayılırsa, onun məsuliyyəti digərlərindən azdır».
Tədbirdə qeyd olunub ki, fərdi informasiya vasitələrinin yarandığı dönəmdə fərdi məsuliyyət daha da önə çıxır. Panelin mövzusu tələbələrin xüsusilə marağına səbəb olub.
Onlar internetin imkanlarından necə əlverişli yararlanmaq, sosial medianın verdiyi üstünlükləri təmsilçilik fəaliyyətinə necə tətbiq etməklə bağlı suallar veriblər. Panelin qonaqları tövsiyə ediblər ki, hər bir azərbaycanlının, xüsusilə tələbələrin sosial mediada aktivliyi məhz vətənpərvərlikdən kənar olmamalı, hər addımında vətənini düşünməlidir.
SEYMUR
Baxış sayı: 680
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib