Tarix:29/05/13
Bu barədə adıçəkilən nazirlikdən “ICTnews.az” elektron xəbər xidmətinə verilən məlumata görə, cari ilin may ayının 15-dək Bakı şəhəri Vergilər Departamentinin və ərazi vergilər idarələrinin əhatə etdiyi şəhər və rayonların orta məktəb şagirdləri arasında ilkin yarışma və müsabiqələr aparılıb, hər yaş qrupu üzrə bir şagird olmaqla ümumrespublika bilik yarışmasında iştirak etməli olan 39 nəfər namizəd müəyyən edilib.
Yarışma 3 yaş qrupu üzrə - III-V, VI-VIII və IX-XI sinif şagirdlərini əhatə etməklə test üsulu ilə, hər qrupa görə ayrıca sual bazası əsasında aparılıb. “Online” müsabiqə iştirakçıların yaşadığı yerə yaxın vergi ödəyicilərinə xidmət mərkəzində və ya vergi orqanında videomüşahidə imkanı yaradılmaqla şəffaf şəraitdə keçirilib. İştirakçılar 90 dəqiqə ərzində müvafiq vergi dərsliklərinə uyğun olaraq sualları cavablandırıb.
III-V sinif şagirdləri 25 suala, VI-VIII sinif şagirdləri 30 suala, IX-XI sinif şagirdləri isə 35 suala cavab veriblər. Suallara daha çox düzgün və tez cavab verən şagirdlər nəticələrə uyğun olaraq hər yaş qrupu üzrə 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülüb, diplomlarla təltif ediliblər.
SEYMUR
Məktəblilər arasında «online» ümumrespublika bilik yarışması keçirilib
Vergilər Nazirliyinin rəsmi internet saytı vasitəsilə məktəblilər arasında “online” qaydada vergilərlə bağlı ümumrespublika bilik yarışması keçirilib.Bu barədə adıçəkilən nazirlikdən “ICTnews.az” elektron xəbər xidmətinə verilən məlumata görə, cari ilin may ayının 15-dək Bakı şəhəri Vergilər Departamentinin və ərazi vergilər idarələrinin əhatə etdiyi şəhər və rayonların orta məktəb şagirdləri arasında ilkin yarışma və müsabiqələr aparılıb, hər yaş qrupu üzrə bir şagird olmaqla ümumrespublika bilik yarışmasında iştirak etməli olan 39 nəfər namizəd müəyyən edilib.
Yarışma 3 yaş qrupu üzrə - III-V, VI-VIII və IX-XI sinif şagirdlərini əhatə etməklə test üsulu ilə, hər qrupa görə ayrıca sual bazası əsasında aparılıb. “Online” müsabiqə iştirakçıların yaşadığı yerə yaxın vergi ödəyicilərinə xidmət mərkəzində və ya vergi orqanında videomüşahidə imkanı yaradılmaqla şəffaf şəraitdə keçirilib. İştirakçılar 90 dəqiqə ərzində müvafiq vergi dərsliklərinə uyğun olaraq sualları cavablandırıb.
III-V sinif şagirdləri 25 suala, VI-VIII sinif şagirdləri 30 suala, IX-XI sinif şagirdləri isə 35 suala cavab veriblər. Suallara daha çox düzgün və tez cavab verən şagirdlər nəticələrə uyğun olaraq hər yaş qrupu üzrə 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülüb, diplomlarla təltif ediliblər.
SEYMUR
Baxış sayı: 864
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib