12px13px15px17px
Tarix:29/05/13

Azərbaycanın Mərkəzləşdirilmiş, Avtomatlaşdırılmış Radiomonitorinq Şəbəkəsinin avadanlıqlarının bir hissəsi ölkəyə gətirilib

Azərbaycanın Mərkəzləşdirilmiş, Avtomatlaşdırılmış Radiomonitorinq Şəbəkəsi üçün nəzərdə tutulmuş avadanlıqların bir hissəsi artıq ölkəyə gətirilib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsindən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, bu, aprel ayında yerli mütəxəssislərin iştirakı ilə ABŞ-da istehsalçı şirkət "TCI International"ın zavodunda sınağı keçirilən avadanlıqlardır.

"Gətirilən avadanlıqları yerləşdiriblər və onların qalan hissəsi ölkəyə gətirildikdən sonra quraşdırma işlərinə başlanılacaq. Qalan avadanlıqlar yaxın 10-15 gün ərzində Azərbaycana gətiriləcək. Layihənin şərtlərinə əsasən şəbəkənin genişləndirilməsi işləri bu ilin dekabrında başa çatmalıdır", - deyə DRİ-də bildiriblər.

Layihənin həyata keçirilməsində "Sinam" şirkəti, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Dövlət Radiotezliklər İdarəsi, "Test Solutions" nümayəndələri iştirak edirlər. "Sinam" şirkəti Bakı və Abşeron yarımadasında Mərkəzləşdirilmiş, Avtomatlaşdırılmış Radiomonitorinq Şəbəkəsinin yaradılması üçün avadanlıqların çatdırılması və istifadəyə verilməsi üzrə tenderin qalibi olub. Monitorinq şəbəkəsinin yaradılması layihəsi çərçivəsində Yeni Günəşlidə, Mehdiabadda və Gəncədə yerləşən üç mərkəzləşdirilmiş radiomonitorinq sistemi məntəqəsindən istifadə edilir.

Aynur Vəliyeva



Baxış sayı: 868

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024