Tarix:29/05/13
“ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, tədbirdə çıxış edən vergilər naziri Fazil Məmmədov “Tvininq” layihəsini Azərbaycan və Avropa İttifaqı arasında mövcud olan səmərəli əməkdaşlığın real nəticələrindən biri kimi dəyərləndirib.
Nazir qeyd edib ki, Vergilər Nazirliyi vergi qanunvericiliyinin və inzibatçılığının müasir tələblər səviyyəsində qurulması üçün son illər ərzində bir sıra iri layihələr, o cümlədən elektron bəyannamələr, elektron hesab-fakturalar, elektron qeydiyyat və mobil imza kimi texnoloji tutumlu layihələr həyata keçirib.
Nazir əlavə edib ki, elektron auditin tətbiqi üçün müvafiq hüquqi bazanın yaradılması məqsədi ilə 2013-cü il yanvarın 1-də Vergilər Məcəlləsinə e-audit proseslərinin hüquqi əsaslarını tənzimləyən 13 yeni maddə daxil edilib. Bundan başqa, Azərbaycanda fəaliyyət göstərən müəssisələrin sahə spesifikliyi nəzərə alınmaqla sahələr üzrə audit testləri və e-auditin tətbiqi üçün metodik tövsiyələr hazırlanaraq tətbiq edilib. VN-in artıq kifayət qədər məlumat bazasına malik olduğunu qeyd edən F.Məmmədov bildirib ki, nazirlikdə elmi əsaslara söykənən intellektual təhlil texnologiyaların tətbiqi üçün lazımi əsaslar yaradılıb.
“Neft, bank və ticarət sektorlarında elektron auditin tətbiqinin ilkin nəticələri göstərir ki, vergidən yayınma risklərinin təhlilinin avtomatlaşdırılmış qaydada aparılması nəticəsində bir yoxlamaya sərf olunan vaxt və insan resurslarının həcmi təxminən 1,5 dəfə azalıb”- deyən nazirin sözlərinə görə, bütün bunlar da e-auditin tətbiqi sahəsində görülən işlərin davam etdirilməsini, tədricən e-auditin tətbiqinin genişləndirilməsinin vacibliyini ortaya qoyur.
Nazir qeyd edib ki, elektron audit layihəsinin həyata keçirilməsi ilə bağlı hazırlıq işləri 3 il əvvəl başlanılıb: “2010-cu ilin may ayında tender keçirilib, Avropa İttifaqı tərəfindən müvafiq maliyyə resursları ayrılıb. “Tvinninq” layihəsinin tərəfdaşı kimi Niderland Krallığının Vergi Administrasiyası seçilib və 2011-ci ilin mart ayında layihənin icrasına başlanılıb”.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia isə bildirib ki, dünyada maliyyə çətinliklərinin yaşandığı bir vaxtda Vergilər nazirliklərinin üzərinə böyük iş düşür. O qeyd edib ki, bu layihəyə Azərbaycanın, xüsusilə risklərin idarə olunması sahəsində ehtiyacı var:
“Avropa İttifaqında dəfələrlə vurğulayırıq ki, Azərbaycana bu sahədə mütəmadi dəstəyin göstərilməsinə hazırıq”. O qeyd edib ki, layihənin çox uğurlu nəticələnməsi onu davam etdirməyə əsas yaradır.
SEYMUR
Vergi sistemində kompüter əsaslı audit sisteminin yaradılması başa çatıb
Bu gün “Kompüter əsaslı audit sistemi sahəsində Vergilər Nazirliyinə dəstəyin göstərilməsi” “Tvinninq” layihəsinin başa çatdırılması ilə bağlı təqdimat mərasimi keçirilib.“ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, tədbirdə çıxış edən vergilər naziri Fazil Məmmədov “Tvininq” layihəsini Azərbaycan və Avropa İttifaqı arasında mövcud olan səmərəli əməkdaşlığın real nəticələrindən biri kimi dəyərləndirib.
Nazir qeyd edib ki, Vergilər Nazirliyi vergi qanunvericiliyinin və inzibatçılığının müasir tələblər səviyyəsində qurulması üçün son illər ərzində bir sıra iri layihələr, o cümlədən elektron bəyannamələr, elektron hesab-fakturalar, elektron qeydiyyat və mobil imza kimi texnoloji tutumlu layihələr həyata keçirib.
Nazir əlavə edib ki, elektron auditin tətbiqi üçün müvafiq hüquqi bazanın yaradılması məqsədi ilə 2013-cü il yanvarın 1-də Vergilər Məcəlləsinə e-audit proseslərinin hüquqi əsaslarını tənzimləyən 13 yeni maddə daxil edilib. Bundan başqa, Azərbaycanda fəaliyyət göstərən müəssisələrin sahə spesifikliyi nəzərə alınmaqla sahələr üzrə audit testləri və e-auditin tətbiqi üçün metodik tövsiyələr hazırlanaraq tətbiq edilib. VN-in artıq kifayət qədər məlumat bazasına malik olduğunu qeyd edən F.Məmmədov bildirib ki, nazirlikdə elmi əsaslara söykənən intellektual təhlil texnologiyaların tətbiqi üçün lazımi əsaslar yaradılıb.
“Neft, bank və ticarət sektorlarında elektron auditin tətbiqinin ilkin nəticələri göstərir ki, vergidən yayınma risklərinin təhlilinin avtomatlaşdırılmış qaydada aparılması nəticəsində bir yoxlamaya sərf olunan vaxt və insan resurslarının həcmi təxminən 1,5 dəfə azalıb”- deyən nazirin sözlərinə görə, bütün bunlar da e-auditin tətbiqi sahəsində görülən işlərin davam etdirilməsini, tədricən e-auditin tətbiqinin genişləndirilməsinin vacibliyini ortaya qoyur.
Nazir qeyd edib ki, elektron audit layihəsinin həyata keçirilməsi ilə bağlı hazırlıq işləri 3 il əvvəl başlanılıb: “2010-cu ilin may ayında tender keçirilib, Avropa İttifaqı tərəfindən müvafiq maliyyə resursları ayrılıb. “Tvinninq” layihəsinin tərəfdaşı kimi Niderland Krallığının Vergi Administrasiyası seçilib və 2011-ci ilin mart ayında layihənin icrasına başlanılıb”.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia isə bildirib ki, dünyada maliyyə çətinliklərinin yaşandığı bir vaxtda Vergilər nazirliklərinin üzərinə böyük iş düşür. O qeyd edib ki, bu layihəyə Azərbaycanın, xüsusilə risklərin idarə olunması sahəsində ehtiyacı var:
“Avropa İttifaqında dəfələrlə vurğulayırıq ki, Azərbaycana bu sahədə mütəmadi dəstəyin göstərilməsinə hazırıq”. O qeyd edib ki, layihənin çox uğurlu nəticələnməsi onu davam etdirməyə əsas yaradır.
SEYMUR
Baxış sayı: 766
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır