Tarix:30/05/13
Bundan başqa, əvvəlki illərin nəticələri deməyə əsas verir ki, kənd məktəbləri üzrə ən çox Azərbaycan dili və ədəbiyyat, xarici dil, kimya, biologiya, fizika və coğrafiya müəllimi ixtisaslarından vakant yerlərin olacağı gözlənilir. Nazirlikdən bildirilib ki, yeni tədris ili üzrə ümumi təhsil müəssisələrində və peşə liseylərində vakant müəllim yerləri haqqında məlumatların toplanmasına 2013-cü ilin iyun ayının ikinci yarısından başlanılacaq. Məlumatlar təhlil edildikdən sonra vakant yerlər elan ediləcək: "2013-2014-cü tədris ili üzrə müəllimlərin işə qəbulu qaydalarına hazırda baxılır. Qaydalara hər hansı dəyişiklik edilməsi nəzərdə tutularsa, bu barədə ictimaiyyətə məlumat veriləcək".
Qeyd edək ki, "Müəllimlərin işə qəbulu" elektron xidməti işə qəbulda əsassız müdaxilələri aradan qaldırıb. Belə ki, respublikanın ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu prosesində son iki ildə yeni qaydaların tətbiqinə başlanılıb. Bu qaydalar tətbiq olunana qədər müəllimlərin işə qəbulunda əsassız müdaxilələrə, saxta diplomlarla işə qəbul olunma hallarına yol verilirdi. Ciddi ehtiyac olmadığı halda, hətta bir "stavka"dan az dərs yükünə yerli təhsili idarəetmə orqanları və ümumtəhsil müəssisələri tərəfindən müəllimlər işə qəbul edilirdi. Müəllim-şagird nisbəti ilbəil aşağı düşərək 1:10-dan 1:8-ə enmişdi.
Təhsil Nazirliyi ilə "ULTRA" şirkəti arasında imzalanmış müqaviləyə əsasən, müəllimlərin işə qəbulu üzrə elektron proqram təminatı hazırlanıb və artıq iki ildir ki, tətbiq edilir. Proqram təminatının köməyi ilə ərizələrin qəbulu, müsabiqə prosesi, qiymətləndirmə insan amili olmadan həyata keçirilir.
İmtahanın sonunda hər bir müəllim nəticələrini bilir, seçilmiş vakant yerlərə yerləşdirmə proqram təminatı vasitəsilə aparılır və müsabiqənin nəticələri barədə məlumat dərhal hər bir namizədin şəxsi elektron səhifəsinə göndərilir. İşə qəbul üzrə müsabiqə prosesinin daha çevik şəkildə idarə olunması məqsədilə Təhsil Nazirliyinin internet saytında "Müəllimlərin işə qəbulu" elektron xidmət sahəsi yaradılıb və orada işə qəbulu tənzimləyən müvafiq linklər yerləşdirilib.
Həqiqət İSABALAYEVA
Növbəti tədris ilində kənd məktəbləri üzrə ən çox tələbat duyulan sahələr sırasında informatika və riyaziyyat yer alacaq
Təhsil Nazirliyinin proqnozlarına görə, növbəti tədris ili - 2013-2014-cü dərs ilində kənd məktəbləri üzrə ən çox tələbat duyulan sahələr sırasında informatika və riyaziyyat yer alacaq.Bundan başqa, əvvəlki illərin nəticələri deməyə əsas verir ki, kənd məktəbləri üzrə ən çox Azərbaycan dili və ədəbiyyat, xarici dil, kimya, biologiya, fizika və coğrafiya müəllimi ixtisaslarından vakant yerlərin olacağı gözlənilir. Nazirlikdən bildirilib ki, yeni tədris ili üzrə ümumi təhsil müəssisələrində və peşə liseylərində vakant müəllim yerləri haqqında məlumatların toplanmasına 2013-cü ilin iyun ayının ikinci yarısından başlanılacaq. Məlumatlar təhlil edildikdən sonra vakant yerlər elan ediləcək: "2013-2014-cü tədris ili üzrə müəllimlərin işə qəbulu qaydalarına hazırda baxılır. Qaydalara hər hansı dəyişiklik edilməsi nəzərdə tutularsa, bu barədə ictimaiyyətə məlumat veriləcək".
Qeyd edək ki, "Müəllimlərin işə qəbulu" elektron xidməti işə qəbulda əsassız müdaxilələri aradan qaldırıb. Belə ki, respublikanın ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu prosesində son iki ildə yeni qaydaların tətbiqinə başlanılıb. Bu qaydalar tətbiq olunana qədər müəllimlərin işə qəbulunda əsassız müdaxilələrə, saxta diplomlarla işə qəbul olunma hallarına yol verilirdi. Ciddi ehtiyac olmadığı halda, hətta bir "stavka"dan az dərs yükünə yerli təhsili idarəetmə orqanları və ümumtəhsil müəssisələri tərəfindən müəllimlər işə qəbul edilirdi. Müəllim-şagird nisbəti ilbəil aşağı düşərək 1:10-dan 1:8-ə enmişdi.
Təhsil Nazirliyi ilə "ULTRA" şirkəti arasında imzalanmış müqaviləyə əsasən, müəllimlərin işə qəbulu üzrə elektron proqram təminatı hazırlanıb və artıq iki ildir ki, tətbiq edilir. Proqram təminatının köməyi ilə ərizələrin qəbulu, müsabiqə prosesi, qiymətləndirmə insan amili olmadan həyata keçirilir.
İmtahanın sonunda hər bir müəllim nəticələrini bilir, seçilmiş vakant yerlərə yerləşdirmə proqram təminatı vasitəsilə aparılır və müsabiqənin nəticələri barədə məlumat dərhal hər bir namizədin şəxsi elektron səhifəsinə göndərilir. İşə qəbul üzrə müsabiqə prosesinin daha çevik şəkildə idarə olunması məqsədilə Təhsil Nazirliyinin internet saytında "Müəllimlərin işə qəbulu" elektron xidmət sahəsi yaradılıb və orada işə qəbulu tənzimləyən müvafiq linklər yerləşdirilib.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1366
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır