Tarix:30/05/13
"ICTnews" "www.cybersecurity.com" saytına istinadən verdiyi məlumata əsasən, "Facebook" səhmlərinin alqı-satqısı ötən il mayın 18-də, şirkətin kağızlarına yüksək tələbatla bağlı texniki problemlər üzündən 25 dəqiqə gec başlayıb.
Nəticədə 30 mindən çox sərmayədar iki saat ərzində səhmlərinin alqı-satqısı ilə bağlı sifarişlərinin statusu haqda məlumatsız olublar. Nasazlıq nəticəsində baş vermiş itkilərin ümumi məbləği 500 milyon dollar olub. Ekspertlərin rəyinə əsasən, yaranmış problemlərdən sonra "NASDAQ" sosial şəbəkənin səhmləri üzrə ticarətin başlaması vaxtını təxirə salmalıydı.
"Facebook"un IPO-su tarixdə ən iri IPO-lardan biri olmalı idi və onda iştirak edəcək səhmdarların sayı olduqca çox olmalı idi. Lakin "NASDAQ" sisteminin nasazlıqları problemlər yaradıb. Bundan əlavə, birjanın rəhbərliyi tərəfindən qanunvericiliyin pozulmasına gətirən qərar qəbul edilib" , - Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyanın məlumatında bildirilib.
Məlumatda həmçinin qeyd edilib ki, "NASDAQ"-ın ödəyəcəyi 10 milyon dollar həcmində cərimə, birja tərəfindən tətbiq edilən ən böyük cərimədir. "Facebook"un birjaya çıxışı bir çox ekspertlərin proqnozlaşdırdığı kimi, təntənəli olmayıb.
Buna baxmayaraq IPO sosial şəbəkəyə və onun ilkin səhmdarlarına 16 milyard dollar gətirib, bununla da amerikalı internet şirkətlərinin tarixində ən iri İPO olub. "Facebook" səhmləri üzrə alqı-satqının ilk günü səhmdarlar tərəfindən rekord tələbatla müşayiət olunub - sosial şəbəkənin 570 milyon qiymətli kağızı sahibini dəyişib.
Aynur Vəliyeva
“NASDAQ” “Facebook”a görə 10 milyon dollar cərimələnib
Amerikanın yüksək texnologiyalı şirkətlərinin səhmlərinin ticarətində ixtisaslaşan "NASDAQ" fond birjası, "Facebook" sosial şəbəkəsinin qiymətli kağızlarının ilkin yerləşdirilməsi zamanı yol verdiyi səhvlərə görə rekord - 10 milyon dollar məbləğində cəriməni ödəməyə razılaşıb."ICTnews" "www.cybersecurity.com" saytına istinadən verdiyi məlumata əsasən, "Facebook" səhmlərinin alqı-satqısı ötən il mayın 18-də, şirkətin kağızlarına yüksək tələbatla bağlı texniki problemlər üzündən 25 dəqiqə gec başlayıb.
Nəticədə 30 mindən çox sərmayədar iki saat ərzində səhmlərinin alqı-satqısı ilə bağlı sifarişlərinin statusu haqda məlumatsız olublar. Nasazlıq nəticəsində baş vermiş itkilərin ümumi məbləği 500 milyon dollar olub. Ekspertlərin rəyinə əsasən, yaranmış problemlərdən sonra "NASDAQ" sosial şəbəkənin səhmləri üzrə ticarətin başlaması vaxtını təxirə salmalıydı.
"Facebook"un IPO-su tarixdə ən iri IPO-lardan biri olmalı idi və onda iştirak edəcək səhmdarların sayı olduqca çox olmalı idi. Lakin "NASDAQ" sisteminin nasazlıqları problemlər yaradıb. Bundan əlavə, birjanın rəhbərliyi tərəfindən qanunvericiliyin pozulmasına gətirən qərar qəbul edilib" , - Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyanın məlumatında bildirilib.
Məlumatda həmçinin qeyd edilib ki, "NASDAQ"-ın ödəyəcəyi 10 milyon dollar həcmində cərimə, birja tərəfindən tətbiq edilən ən böyük cərimədir. "Facebook"un birjaya çıxışı bir çox ekspertlərin proqnozlaşdırdığı kimi, təntənəli olmayıb.
Buna baxmayaraq IPO sosial şəbəkəyə və onun ilkin səhmdarlarına 16 milyard dollar gətirib, bununla da amerikalı internet şirkətlərinin tarixində ən iri İPO olub. "Facebook" səhmləri üzrə alqı-satqının ilk günü səhmdarlar tərəfindən rekord tələbatla müşayiət olunub - sosial şəbəkənin 570 milyon qiymətli kağızı sahibini dəyişib.
Aynur Vəliyeva
Baxış sayı: 767
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib