Tarix:31/05/13
“ICTnews” elektron xəbər xidmətinə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan verilən məlumata görə, seminarda komissiyanı Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin baş məsləhətçisi Fuad Mayılov təmsil edib.
Tədbirin keçirilməsində əsas məqsəd Akademiyanın və 11-ci Modulun subregional və milli strategiyalarının müzakirəsi, öncə 11-ci Modulun ilkin variantının ciddi yoxlanılmasını keçirmək yolu ilə keyfiyyətin və uyğunluğun təmin edilməsi, tərəfdaş təşkilatların potensialının gücləndirilməsi, həmçinin öz ölkələrində 11-ci Modul üzrə təlimlərin keçirilməsi üçün kadrların hazırlanması olub.
Seminarda 19 ölkədən 30-a yaxın hökumət rəsmiləri, sosial media nümayəndələri və s. iştirak edib. 4 gün ərzində keçirilmiş təqdimatlar, interaktiv müzakirələr, “dəyirmi masa” sessiyalarını özündə birləşdirən regional təlim 7 əsas sessiyadan ibarət olub.
Sessiyalar çərçivəsində sosial medianın müxtəlif tərifləri və növləri, sosial medianın cəmiyyətə təsiri, sosial media inkişaf aləti kimi, inkişaf üçün sosial medianın ən yaxşı istifadə nümunələri, sosial media və cəmiyyət, sosial media və idarəçilik, sosial media və ictimai əlaqələr, SM4D (İnkişaf üçün sosial media) siyasətinin inkişafı və s. mövzular ətrafında müzakirələr aparılıb.
Sonda ən son texnologiyalar və İT, o cümlədən sosial media üzrə yeniliklər haqqında məlumat toplamaq üçün iştirakçılar Seul şəhərində keçirilmiş “Dünya İT 2013” adlı sərgidə iştirak edib.
CAHANGİR
DQMK sosial media ilə bağlı Koreyada keçirilən tədbirdə təmsil olunub
Koreyanın İnçeon şəhərində BMT-nin Asiya və Sakit Okean Hövzəsi üzrə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Təlim Mərkəzi (APCİCT) və Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) tərəfindən “İnkişaf üçün Sosial Media – 11-ci Akademiya Modulu üzrə Təlimçilərin Regional Təlimi” adlı seminar keçirilib.“ICTnews” elektron xəbər xidmətinə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan verilən məlumata görə, seminarda komissiyanı Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin baş məsləhətçisi Fuad Mayılov təmsil edib.
Tədbirin keçirilməsində əsas məqsəd Akademiyanın və 11-ci Modulun subregional və milli strategiyalarının müzakirəsi, öncə 11-ci Modulun ilkin variantının ciddi yoxlanılmasını keçirmək yolu ilə keyfiyyətin və uyğunluğun təmin edilməsi, tərəfdaş təşkilatların potensialının gücləndirilməsi, həmçinin öz ölkələrində 11-ci Modul üzrə təlimlərin keçirilməsi üçün kadrların hazırlanması olub.
Seminarda 19 ölkədən 30-a yaxın hökumət rəsmiləri, sosial media nümayəndələri və s. iştirak edib. 4 gün ərzində keçirilmiş təqdimatlar, interaktiv müzakirələr, “dəyirmi masa” sessiyalarını özündə birləşdirən regional təlim 7 əsas sessiyadan ibarət olub.
Sessiyalar çərçivəsində sosial medianın müxtəlif tərifləri və növləri, sosial medianın cəmiyyətə təsiri, sosial media inkişaf aləti kimi, inkişaf üçün sosial medianın ən yaxşı istifadə nümunələri, sosial media və cəmiyyət, sosial media və idarəçilik, sosial media və ictimai əlaqələr, SM4D (İnkişaf üçün sosial media) siyasətinin inkişafı və s. mövzular ətrafında müzakirələr aparılıb.
Sonda ən son texnologiyalar və İT, o cümlədən sosial media üzrə yeniliklər haqqında məlumat toplamaq üçün iştirakçılar Seul şəhərində keçirilmiş “Dünya İT 2013” adlı sərgidə iştirak edib.
CAHANGİR
Baxış sayı: 778
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır