Tarix:01/06/13
Qovşağın rəisi Rüfət Qurbanovun verdiyi məlumata görə, yeni EATS-lərin istifadəyə verilməsi və daxili xətt şəbəkəsinin tikintisi ilə əlaqədar 2013-cü ilin 5 ayı ərzində 242 ədəd telefon çəkilib. Qovşaq üzrə hər 100 nəfərə düşən telefon aparatlarının sayı 6.7 nömrə, hər 100 ailəyə düşən telefon aparatlarının sayı isə 27.0 nömrə təşkil edir.
Qaradağlı və Kəngərli kəndlərində 200 nömrənin, Ələsgərli, Düyərli, Sarıcalı kəndlərində ümumilikdə 200 nömrənin daxili xətt şəbəkəsinin tikintisi başa çatmışdır. Səhlabad və Ələsgərli kəndlərində yeni EATS binası tikilmişdir. Ümumilikdə 2000 metr P-274 naqilindən istifadə etməklə 15 abonentin telefon xətti bərpa edilib. Qovşaq üzrə internet-klubların sayı 10 ədəd olub.
Ümumilikdə internet istifadəçilərinin sayı 1400 abonentə çatıb ki, bunlardan da 790 abonent genişzolaqlı internet xidmətindən istifadə edənlərdir. Bu da ötən dövrə nisbətən 250 abonent çoxdur. Rayonun mərkəzi EATS-də 48 portluq, Qarağacı kəndində isə 24, Xoruzlu EATS-də 48, Qaradağlı EATS-də 48, Hacıqərvənd EATS-də 48 portluq, Qaraqoyunlu, Ələsgərli və Söylən EATS-lərinin hər birində 24 portluq ADSL avadanlığı quraşdırılmış və istifadəyə verilib. ADSL istifadəçilərinin istifadə tutumunda xüsusi çəkisi 9.5 faiz təşkil edir. Qovşaq üzrə genişzolaqlı internet xidmətlərindən əldə olunan gəlirin ümumi gəlirdə xüsusi çəkisi 10 faiz təşkil edir ki, bu da ümumi göstəricidən xeyli azdır.
Birlik üzrə bu göstərici 15.7 faiz təşkil edir. Rayon üzrə 100 nəfərə düşən ADSL istifadəçilərinin sayı 0.8 nömrə, 100 ailəyə düşən ADSL istifadəçilərinin sayı isə 1.9 nömrə təşkil edir. Bütün bunlarla yanaşı, görə bilmədiyimiz, görəcəyimiz işlər və qarşıda duran vəzifələr daha çoxdur.
Belə ki, kənd EATS-lərinin ərazisində xətt şəbəkəsinin və abunəçi xətlərinin səliqəyə salınmasına ehtiyac vardır. Peyk rabitəsilə telefonlaşmış yaşayış məntəqələrinin müasir EATS-lərlə əvəz edilməsi, debitor borclarının yığılması, yeni avadanlıqların quraşdırılması, kənd yerlərində genişzolaqlı internet xidmətlərinin quraşdırılması qarşımızda duran əsas məsələlərdir.
RƏVAN
Tərtərdə istifadəçilərin yarıdan çoxu genişzolaqlı internet xidmətlərindən istifadə edir
Tərtərin kəndlərində telefon və poçt rabitəsi inkişaf edir. Tərtər TKQ rayon əhalisinə 3008 nömrə tutumu olan bir mərkəzi və 4240 nömrə tutumu olan 22 kənd EATS-i vasitəsilə rabitə xidməti göstərir. Fiziki xətlə telefonlaşması mümkün olmayan kəndlərdə isə 40 nömrədən ibarət 10 peyk avadanlığı vasitəsilə əhaliyə rabitə xidməti göstərilir.Qovşağın rəisi Rüfət Qurbanovun verdiyi məlumata görə, yeni EATS-lərin istifadəyə verilməsi və daxili xətt şəbəkəsinin tikintisi ilə əlaqədar 2013-cü ilin 5 ayı ərzində 242 ədəd telefon çəkilib. Qovşaq üzrə hər 100 nəfərə düşən telefon aparatlarının sayı 6.7 nömrə, hər 100 ailəyə düşən telefon aparatlarının sayı isə 27.0 nömrə təşkil edir.
Qaradağlı və Kəngərli kəndlərində 200 nömrənin, Ələsgərli, Düyərli, Sarıcalı kəndlərində ümumilikdə 200 nömrənin daxili xətt şəbəkəsinin tikintisi başa çatmışdır. Səhlabad və Ələsgərli kəndlərində yeni EATS binası tikilmişdir. Ümumilikdə 2000 metr P-274 naqilindən istifadə etməklə 15 abonentin telefon xətti bərpa edilib. Qovşaq üzrə internet-klubların sayı 10 ədəd olub.
Ümumilikdə internet istifadəçilərinin sayı 1400 abonentə çatıb ki, bunlardan da 790 abonent genişzolaqlı internet xidmətindən istifadə edənlərdir. Bu da ötən dövrə nisbətən 250 abonent çoxdur. Rayonun mərkəzi EATS-də 48 portluq, Qarağacı kəndində isə 24, Xoruzlu EATS-də 48, Qaradağlı EATS-də 48, Hacıqərvənd EATS-də 48 portluq, Qaraqoyunlu, Ələsgərli və Söylən EATS-lərinin hər birində 24 portluq ADSL avadanlığı quraşdırılmış və istifadəyə verilib. ADSL istifadəçilərinin istifadə tutumunda xüsusi çəkisi 9.5 faiz təşkil edir. Qovşaq üzrə genişzolaqlı internet xidmətlərindən əldə olunan gəlirin ümumi gəlirdə xüsusi çəkisi 10 faiz təşkil edir ki, bu da ümumi göstəricidən xeyli azdır.
Birlik üzrə bu göstərici 15.7 faiz təşkil edir. Rayon üzrə 100 nəfərə düşən ADSL istifadəçilərinin sayı 0.8 nömrə, 100 ailəyə düşən ADSL istifadəçilərinin sayı isə 1.9 nömrə təşkil edir. Bütün bunlarla yanaşı, görə bilmədiyimiz, görəcəyimiz işlər və qarşıda duran vəzifələr daha çoxdur.
Belə ki, kənd EATS-lərinin ərazisində xətt şəbəkəsinin və abunəçi xətlərinin səliqəyə salınmasına ehtiyac vardır. Peyk rabitəsilə telefonlaşmış yaşayış məntəqələrinin müasir EATS-lərlə əvəz edilməsi, debitor borclarının yığılması, yeni avadanlıqların quraşdırılması, kənd yerlərində genişzolaqlı internet xidmətlərinin quraşdırılması qarşımızda duran əsas məsələlərdir.
RƏVAN
Baxış sayı: 1339
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır