Tarix:03/06/13
O bildirib ki, ölkəmizdə «Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında» qanun qəbul olunub. Qanunun tətbiqinə dair ölkə başçısı müəyyən tapşırıqlar verib və yaxın zamanda bu sahədə işlərin həyata keçirilməsinə başlanılacaq. Agentlik sədri əlavə edib ki, hazırda dünyada, o cümlədən Azərbaycanda virtual məkanda hüquqların müdafiəsi sahəsində böyük problemlər var. Onun sözlərinə görə, rəqəmli şəbəkədə hüquqların idarə edilməsi sahəsində də problemlər var:
«Bununla bağlı Müəllif Hüquqları Agentliyi Avropa İttifaqının doqquz dövlətilə birlikdə bir layihə hazırlayıb. Bu layihədə rəqəmli hüquqlar və onların bazası yaradılıb. Hüquqların internetdə monitorinqi birbaşa lisenziyalaşdırılıb və bir pəncərədən idarə edilməsi nəzərdə tutulub. Bunların hamısı qanun tərəfindən legitimləşdirilib, biz tərəfdən isə ölkə rəhbərinin tapşırığı əsasında hazırlanıb həyata keçiriləcək. Hazırda biz bir neçə normativ-hüquqi aktın Nazirlər Kabineti tərəfindən təsdiqlənməsini gözləyirik».
SEYMUR
Kamran İmanov: «Rəqəmli şəbəkədə hüquqların idarə edilməsi sahəsində də problemlər var»
Yaxın günlərdə Azərbaycanda əqli mülkiyyətin təminatı və piratçılığa qarşı işlər görüləcək. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov danışıb.O bildirib ki, ölkəmizdə «Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında» qanun qəbul olunub. Qanunun tətbiqinə dair ölkə başçısı müəyyən tapşırıqlar verib və yaxın zamanda bu sahədə işlərin həyata keçirilməsinə başlanılacaq. Agentlik sədri əlavə edib ki, hazırda dünyada, o cümlədən Azərbaycanda virtual məkanda hüquqların müdafiəsi sahəsində böyük problemlər var. Onun sözlərinə görə, rəqəmli şəbəkədə hüquqların idarə edilməsi sahəsində də problemlər var:
«Bununla bağlı Müəllif Hüquqları Agentliyi Avropa İttifaqının doqquz dövlətilə birlikdə bir layihə hazırlayıb. Bu layihədə rəqəmli hüquqlar və onların bazası yaradılıb. Hüquqların internetdə monitorinqi birbaşa lisenziyalaşdırılıb və bir pəncərədən idarə edilməsi nəzərdə tutulub. Bunların hamısı qanun tərəfindən legitimləşdirilib, biz tərəfdən isə ölkə rəhbərinin tapşırığı əsasında hazırlanıb həyata keçiriləcək. Hazırda biz bir neçə normativ-hüquqi aktın Nazirlər Kabineti tərəfindən təsdiqlənməsini gözləyirik».
SEYMUR
Baxış sayı: 796
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır