12px13px15px17px
Tarix:03/06/13

RİTN-də «İnternet və insan hüquqları» mövzusunda tədbir keçiriləcək

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) «İnternet və insan hüquqları» mövzusunda «dəyirmi masa» keçiriləcək. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə RİTN-in Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, tədbirin iyunun 6-da keçirilməsi nəzərdə tutulub.

Şöbə müdiri qeyd edib ki, sözügedən tədbir Ombudsman Aparatının rəsmi müraciəti ilə «İnsan Hüquqları Aylığı» çərçivəsində düzənlənəcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyunun 18-i «İnsan Hüquqları Günü» kimi qeyd olunur. Bununla bağlı olaraq Müvəkkilin təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikada «İnsan Hüquqları Aylığı» keçirilir.

Bu ay çərçivəsində dövlət qurumları, QHT-lər və digər aidiyyəti təşkilatlar, icmalar tərəfindən insan hüquqlarının effektiv müdafiəsi və təbliğinə yeni mərhələ açan «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı»nın müddəalarına əsaslanmaqla ölkəmizin bütün regionlarında insan hüquqları ilə bağlı müxtəlif tədbirlər və müzakirələr təşkil olunur.

SEYMUR



Baxış sayı: 1282

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024