12px13px15px17px
Tarix:04/06/13

Monteneqronun elm naziri: ”Azərbaycan qara qızılın insan kapitalına çevrilməsi sahəsində böyük potensiala malikdir”

Monteneqro Azərbaycanı Minilliyin proqramı çərçivəsində istifadəyə veriləcək Araşdırma mərkəzinin fəaliyyətini dəyərləndirməyə çağırıb. Monteneqronun elm və bilik naziri Sanya Vlanoviçin bu gün Bakıda keçirilən "Bakı Gələcək Forumu" çərçivəsində verdiyi məlumata əsasən, bu ilin sonuna kimi bu mərkəz istifadəyə veriləcək.

"Biz Azərbaycanı mərkəzinin fəaliyyətini gələcəkdə qiymətləndirməyə və rəyini bildirməyə çağırırıq və hesab edirik ki, Azərbaycan qara qızılını, neft vəsaitlərini insan kapitalına çevirməkdə böyük potensiala malikdir", - deyə S. Vlanoviç qeyd edib. Onun sözlərinə əsasən, layihə İKT-nin təhsil sahəsində geniş tətbiqinə yönəlib və onun məqsədi tələbələrin biliklərə can atmasını stimullaşdırmaqdır.

"Araşdırma mərkəzinin nəzdində vahid bir şəbəkə, təhsil reyestri yaradılacaq və bu şəbəkəyə ölkənin müxtəlif ali məktəbləri, şirkətlər və təşkilatlar qoşularaq orada özləri haqda məlumatlar yerləşdirəcəklər. Beləliklə, şirkətlər onlara tələb olunan kadrları əldə etməyə, bilikli tələbələr isə bu şirkətlərdə təcrübə keçmək və iş tapmaq imkanı əldə edəcəklər. Bu sistem sonda tələbələri biliklər əldə etməyə sövq edəcək", - S.Vlanoviç bildirib.

Aynur Vəliyeva



Baxış sayı: 711

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024