Tarix:04/06/13
Ekspertlərin qiymətləndirməsinə əsasən, 5 il sonra smartfonların sayı 4,5 milyarda çatacaq. Hazırda onların sayı 1.3 milyarda bərabərdir. Yaxın illərdə mobil trafikin həcmi sürətli templə artacaq. Videoməzmun buna səbəb kimi göstərilir: istifadəçilər smartfon və planşetlərdə videoməzmuna baxmağa üstünlük verirlər. "Ericsson"un proqnozuna əsasən, sözügedən trafikin həcmi orta illik 60% sürətlə artacaq. Bəzi operatorların abunəçiləri aylıq orta hesabla təxminən 2,6 QB həcmində videoməzmun yükləyirlər.
Mobil internet istifadəçilərinin fəallığı operatorları şəbəkə infrastrukturunun inkişafına daha çox vəsait yatırmağa və yüksəksürətli "LTE" şəbəkələri qurmağa məcbur edir. İsveç şirkətinin analitiklərinin proqnozlarına görə, 2018-ci ilədək planetin əhalisinin 60%-i "4G" texnologiyasından istifadə edəcək.
Emil Hüseynov
Mobil trafikin həcmi sürətlə artacaq
İsveçin telekommunikasiya avadanlığı istehsalçısı "Ericsson" şirkəti "Mobility Report" hesabatının yeni versiyasında mobil rabitə bazarı üzrə proqnozunu təqdim edib. "ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, hesabata əsasən, 2018-ci ilədək smartfon istifadəçilərinin sayı 4 dəfə artacaq ki, bu da mobil şəbəkələrdə internet trafikinin artması və operatorlar tərəfindən avadanlıq seqmentinə investisiyaların yatırılması ilə nəticələnəcək.Ekspertlərin qiymətləndirməsinə əsasən, 5 il sonra smartfonların sayı 4,5 milyarda çatacaq. Hazırda onların sayı 1.3 milyarda bərabərdir. Yaxın illərdə mobil trafikin həcmi sürətli templə artacaq. Videoməzmun buna səbəb kimi göstərilir: istifadəçilər smartfon və planşetlərdə videoməzmuna baxmağa üstünlük verirlər. "Ericsson"un proqnozuna əsasən, sözügedən trafikin həcmi orta illik 60% sürətlə artacaq. Bəzi operatorların abunəçiləri aylıq orta hesabla təxminən 2,6 QB həcmində videoməzmun yükləyirlər.
Mobil internet istifadəçilərinin fəallığı operatorları şəbəkə infrastrukturunun inkişafına daha çox vəsait yatırmağa və yüksəksürətli "LTE" şəbəkələri qurmağa məcbur edir. İsveç şirkətinin analitiklərinin proqnozlarına görə, 2018-ci ilədək planetin əhalisinin 60%-i "4G" texnologiyasından istifadə edəcək.
Emil Hüseynov
Baxış sayı: 678
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib