Tarix:05/06/13
"ICTnews" elektron xəbər xidmətinə Maliyyə Nazirliyindən bildirilib ki, 2012-ci ildə də dövlət büdcəsi xərclərinin proqramlar əsasında icrasına üstünlük verilib:
"Qəbul olunmuş dövlət proqramlarının və tədbirlərin, həmçinin dövlət investisiya layihələrinin maliyyələşdirilməsi üçün 2012-ci il dövlət büdcəsindən üst-üstə 6052,0 milyon manat vəsait yönəldilib. Ötən ildə dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 1451,0 milyon manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün 3023,0 milyon manat, digər layihələr və dövlət proqramlarının icrası üçün 1448,0 milyon manat vəsait ayrılıb. Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi üçün dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən 130,0 milyon manat vəsait sərf edilib".
Qeyd edək ki, "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin icrası haqqında" qanun mayın 31-də Milli Məclisdə qəbul edilib.
2012-ci ildə dövlət büdcəsində maliyyələşməsi nəzərdə tutulan bütün dövlət proqramlarının və layihələrin uğurla icrasına nail olunub, investisiya proqramında elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və idman obyektlərini özündə birləşdirən sosial layihələr, elektrik enerjisi və təbii qaz təchizatı, içməli su, kanalizasiya sistemlərinin yaradılması, magistral yolların çəkilişi, kənd yollarının yenidən qurulması və yeni yolların inşası, meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi işlərinin ahəngdar maliyyələşdirilməsi təmin edilib.
Həqiqət İSABALAYEVA
2012-ci il dövlət büdcəsinin xərclərində nəqliyyat və rabitə sahəsi üzrə ümumi xərclər 85 415 860 manat təşkil edib
2012-ci il dövlət büdcəsinin xərclərində nəqliyyat və rabitə sahəsi üzrə ümumi xərclər 85 415 860 manat, o cümlədən nəqliyyat sahəsi üzrə 75 234 140, rabitə sahəsi üzrə xərclər isə 10 181 720 manat təşkil edib. Ümumilikdə 2012-ci il dövlət büdcəsinin icrası üzrə gəlirlər 17 281 521,6 min manat, xərclər 17 416 453,0 min manat olmaqla təsdiqlənib."ICTnews" elektron xəbər xidmətinə Maliyyə Nazirliyindən bildirilib ki, 2012-ci ildə də dövlət büdcəsi xərclərinin proqramlar əsasında icrasına üstünlük verilib:
"Qəbul olunmuş dövlət proqramlarının və tədbirlərin, həmçinin dövlət investisiya layihələrinin maliyyələşdirilməsi üçün 2012-ci il dövlət büdcəsindən üst-üstə 6052,0 milyon manat vəsait yönəldilib. Ötən ildə dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 1451,0 milyon manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün 3023,0 milyon manat, digər layihələr və dövlət proqramlarının icrası üçün 1448,0 milyon manat vəsait ayrılıb. Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi üçün dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən 130,0 milyon manat vəsait sərf edilib".
Qeyd edək ki, "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin icrası haqqında" qanun mayın 31-də Milli Məclisdə qəbul edilib.
2012-ci ildə dövlət büdcəsində maliyyələşməsi nəzərdə tutulan bütün dövlət proqramlarının və layihələrin uğurla icrasına nail olunub, investisiya proqramında elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və idman obyektlərini özündə birləşdirən sosial layihələr, elektrik enerjisi və təbii qaz təchizatı, içməli su, kanalizasiya sistemlərinin yaradılması, magistral yolların çəkilişi, kənd yollarının yenidən qurulması və yeni yolların inşası, meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi işlərinin ahəngdar maliyyələşdirilməsi təmin edilib.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 754
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır