12px13px15px17px
Tarix:05/06/13

Yeni nəsil “Intel” prosessorları təqdim edilib

"Intel" şirkəti iyunun 4-də Taybeydə açılmış "Computex 2013" sərgisində "Intel Core" prosessorlarının dördüncü nəslini təqdim edib. Şirkət bəyan edib ki, yeni prosessorlar məhsuldarlığa görə əvvəlki nəsil (Ivy Bridge) çipləri 15%, qurğudan batareyasız istifadə vaxtına görə 50% üstələyir.

"Haswell" əsasında işləyən kompüterlər "Ivy Bridge" kompüterləri ilə müqayisədə üç dəfə artıq gözləmə rejimində qala bilirlər. Bu isə o deməkdir ki, yeni prosessorlu qurğu fəal şəkildə istifadə edildikdə 9 saatadək, gözləmə rejimində olduqda 13 günədək işləyəcək.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Haswell" prosessorları masaüstü kompüter, noutbuk, ultrabuklar üçün nəzərdə tutulub, lakin "Intel" korporasiyası onların əsas tətbiq sahələrindən biri kimi noutbuka çevrilə bilən planşet kompüterləri hesab edir.

Dördnüvəli məhsuldar "Haswell" prosessorları artıq satışa çıxarılıb, lakin noutbuka çevrilə bilən planşet kompüterləri, planşet, həmçinin orta səviyyəli noutbuk və kompüterlər ilin sonunadək işıq üzü görəcək.

Emil Hüseynov



Baxış sayı: 718

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024