12px13px15px17px
Tarix:06/06/13

AZAL-da mobil telefonla onlayn qeydiyyatdan keçmək mümkündür

AZAL bir neçə xidmətlərini elektronlaşdırıb və sərnişinlərin rahatlığını təmin etmək məqsədi ilə sifarişlərin, eləcə də bir sıra digər məsələlərin internet üzərindən həll edilməsini təmin edib.

Ötən ilin mayından etibarən «Azərbaycan Hava Yolları» aviaşirkəti AZAL reyslərində onlayn qeydiyyat sisteminə keçib. AZAL-ın mətbuat xidmətindən “ICTnews.az” elektron xəbər xidmətinə verilən məlumata görə, baş vermiş keçidlə şirkət müştərilərinin işi bir xeyli asanlaşıb. Qeyd edilən tarixdən başlayaraq sərnişinlər aviaşirkətin rəsmi veb-saytında kompüter və yaxud mobil telefon vasitəsilə uçuşa 20 saat qalmışdan etibarən lazımı reys üçün qeydiyyatdan keçə bilərlər.

Eyni qaydada təyyarədə istənilən yerin seçilməsi, mobil minik talonunun alınması və aviaşirkətin əlaqə telefonları haqqında məlumatın əldə edilməsi mümkündür. Bunun üçün sərnişinin, sadəcə, öz soyadını və rezervasiya nömrəsini (aviabiletin sağ yuxarı küncündə “RLOC J2 –“) sistemə daxil etməsi və göstərilən addımlara riayət etməsi kifayətdir.

Qeydiyyatın sonunda sərnişinə sms və ya email vasitəsilə təyyarəyə minik talonunun elektron versiyası göndəriləcək: «Onlayn qeydiyyatdan keçən sərnişinlərin baqaj qeydiyyatı və minik talonunun çap edilməsi üçün Heydər Əliyev Beynəlxalq hava limanında və digər hava limanlarında qeydiyyat dayaqlarına yaxınlaşmaq lazımdır».

SEYMUR



Baxış sayı: 1734

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024