Tarix:06/06/13
Dünyanın aparıcı texnoloji şirkətləri ilə əməkdaşlıq edən "BestComp Group"un fəaliyyəti distribüsiya, layihə həlləri, servis, konsaltinq, kommunikasiya şəbəkələrinin qurulması və pərakəndə satış kimi sahələri əhatə edir. "Large Account Reseller" (LAR) statusu "BestComp Group"a iri korporativ sifarişçilərə (250-dən artıq kompüter parkına malik) "Microsoft" korporasiyasının lisenziyalaşdırılmış proqram təminatını təqdim etməyə imkan verir. Adıçəkilən status "Microsoft" korporasiyası ilə birbaşa sazişin imzalanmasını nəzərdə tutaraq, "Enterprise Agreement" və "Enterprise Agreement Subscription" proqramları üzrə lisenziyaların alınmasını korporativ müştərilərə təklif etmək imkanı yaradır. "Microsoft Enterprise Agreement" (EA) və "Enterprise Agreement Subscription" (EAS) korporativ lisenziyalaşdırılma proqramları – dünya üzrə iri idarə və təşkilatlara "Microsoft" korporasiyasının ən münasib təklifidir. EA və EAS sazişləri sifarişçi şirkət, "Microsoft" korporasiyası və tərəfdaş arasında birbaşa, üç il müddətinə bağlanır. Müddət bitdikdən sonra sazişlərin müddəti uzadıla bilər.
Sazişlər maliyyə yükünü əhəmiyyətli dərəcədə azaldaraq, möhlətli ödənişlər və sazişin qüvvədə olduğu dövrdə qiymətlərin təsbiti hesabına xərcləri optimallaşdırmağa imkan verir.
Bu proqramların əsas üstünlüklərindən biri – lisenziyalaşdırılmamış proqram təminatından istifadə riskinin azaldılmasıdır. "Enterprise Agreement" və "Enterprise Agreement Subscription" sazişlərinin qüvvədə olduğu müddətdə təşkilat (o cümlədən, mürəkkəb birləşmə strukturlu) bütün, hətta sazişin bağlanmasından sonra əlavə olunmuş kompüterlərində lisenziyalaşdırılmış proqramlardan istifadə hüququ qazanır.
Dünya üzrə nümayəndəliklərə malik şirkət Azərbaycanda əldə etdiyi lisenziyalarla paylaşa bilər. Bununla bərabər, bütöv personal kompüter parkında "Microsoft" platformasından korporativ standart kimi istifadə olunur. Bu isə təhsil xərclərinin azaldılması, istifadəçilərin himayə edilməsi ilə yanaşı, İT infrastrukturunun təhlükəsizliyini və idarə edilməsini gücləndirir.
Proqrama əlavə edilmiş "Software Assurance" alət komplekti sayəsində sifarişçilər, yeni versiyalardan istifadə imkanı, tədris mərkəzlərində oxumaq üçün pulsuz vauçerlər, daimi texniki dəstək daxil olmaqla, 15-dən çox üstünlük qazanırlar.
RƏVAN
Yerli şirkət beynəlxalq status aldı
"BestComp Group" şirkəti "Microsoft" korporasiyasının "Large Account Reseller" (LAR) statusunu alıb.1995-ci ildə yaradılmış "BestComp Group" şirkəti Cənubi Qafqazın ən nüfuzlu İKT şirkətlərindən biridir və beş ildən artıqdır ki, "Microsoft"un tərəfdaşıdır.Dünyanın aparıcı texnoloji şirkətləri ilə əməkdaşlıq edən "BestComp Group"un fəaliyyəti distribüsiya, layihə həlləri, servis, konsaltinq, kommunikasiya şəbəkələrinin qurulması və pərakəndə satış kimi sahələri əhatə edir. "Large Account Reseller" (LAR) statusu "BestComp Group"a iri korporativ sifarişçilərə (250-dən artıq kompüter parkına malik) "Microsoft" korporasiyasının lisenziyalaşdırılmış proqram təminatını təqdim etməyə imkan verir. Adıçəkilən status "Microsoft" korporasiyası ilə birbaşa sazişin imzalanmasını nəzərdə tutaraq, "Enterprise Agreement" və "Enterprise Agreement Subscription" proqramları üzrə lisenziyaların alınmasını korporativ müştərilərə təklif etmək imkanı yaradır. "Microsoft Enterprise Agreement" (EA) və "Enterprise Agreement Subscription" (EAS) korporativ lisenziyalaşdırılma proqramları – dünya üzrə iri idarə və təşkilatlara "Microsoft" korporasiyasının ən münasib təklifidir. EA və EAS sazişləri sifarişçi şirkət, "Microsoft" korporasiyası və tərəfdaş arasında birbaşa, üç il müddətinə bağlanır. Müddət bitdikdən sonra sazişlərin müddəti uzadıla bilər.
Sazişlər maliyyə yükünü əhəmiyyətli dərəcədə azaldaraq, möhlətli ödənişlər və sazişin qüvvədə olduğu dövrdə qiymətlərin təsbiti hesabına xərcləri optimallaşdırmağa imkan verir.
Bu proqramların əsas üstünlüklərindən biri – lisenziyalaşdırılmamış proqram təminatından istifadə riskinin azaldılmasıdır. "Enterprise Agreement" və "Enterprise Agreement Subscription" sazişlərinin qüvvədə olduğu müddətdə təşkilat (o cümlədən, mürəkkəb birləşmə strukturlu) bütün, hətta sazişin bağlanmasından sonra əlavə olunmuş kompüterlərində lisenziyalaşdırılmış proqramlardan istifadə hüququ qazanır.
Dünya üzrə nümayəndəliklərə malik şirkət Azərbaycanda əldə etdiyi lisenziyalarla paylaşa bilər. Bununla bərabər, bütöv personal kompüter parkında "Microsoft" platformasından korporativ standart kimi istifadə olunur. Bu isə təhsil xərclərinin azaldılması, istifadəçilərin himayə edilməsi ilə yanaşı, İT infrastrukturunun təhlükəsizliyini və idarə edilməsini gücləndirir.
Proqrama əlavə edilmiş "Software Assurance" alət komplekti sayəsində sifarişçilər, yeni versiyalardan istifadə imkanı, tədris mərkəzlərində oxumaq üçün pulsuz vauçerlər, daimi texniki dəstək daxil olmaqla, 15-dən çox üstünlük qazanırlar.
RƏVAN
Baxış sayı: 703
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır