12px13px15px17px
Tarix:06/06/13

Rumıniyada Azərbaycanın kənd təsərrüfatı sahəsində elektron qeydiyyat sisteminin tətbiqi müzakirə olunub

Kənd təsərrüfatı naziri İsmət Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti 36-cı Ümumdünya Üzüm və Şərab Konqresində və Beynəlxalq Üzüm və Şərab Təşkilatının 11-ci Baş Assambleyasında iştirak etmək məqsədilə Rumıniyada səfərdədir. Səfər çərçivəsində nazir İsmət Abbasov Rumıniyanın elektron qeydiyyat sistemləri sahəsində ixtisaslaşmış "Siveco" şirkətinin prezidenti xanım İrina Sokol ilə görüşüb.

Görüş zamanı şirkət nümayəndələri ilə Azərbaycanın kənd təsərrüfatı sahəsində elektron qeydiyyat sisteminin tətbiqinə dair əvvəllər aparılmış müzakirələrin davamı olaraq, mərhələlər üzrə görüləcək işlərə dair fikir mübadiləsi aparılıb. Nazir İsmət Abbasov kənd təsərrüfatı sahəsində aqrar siyasətin həyata keçirilməsinin və dövlət yardımlarının idarə edilməsinin daha səmərəli və əlaqələndirilmiş şəkildə təşkil edilməsi, fermerlər və təsərrüfat subyektləri ilə qarşılıqlı əlaqənin asanlaşdırılması məqsədilə bu şirkətin təcrübəsinin maraq kəsb etdiyini bildirib.

Şirkət nümayəndələri tərəfindən elektron qeydiyyat sistemlərinin tətbiqinə dair təqdimat edilib. Nazir İsmət Abbasov şirkətin iş prinsipləri ilə yaxından tanış olmaq məqsədilə elektron qeydiyyat və nəzarət sistemlərinə baxış keçirib.

RƏVAN



Baxış sayı: 660

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024