Tarix:06/06/13
AMEA-dan verilən məlumata görə, tədbirdə internetin gələcək problemləri, big-data, yeni nəsil şəbəkələr, yaşıl İT, e-hökumət, təhsil və tibb, ağıllı, sensor şəbəkələr, qabaqcıl kütləvi informasiya vasitələri və s. mövzularla bağlı müzakirələr aparılır, böyük həcmli informasiyanın ötürülməsi sahəsində əldə edilmiş nailiyyətlər, robotla uzaq məsafədən qarşılıqlı əlaqənin təmini ilə bağlı təqdimatlar təqdim olunur. “Cisco” şirkətinin “Əşyaların interneti” mövzusunda simpoziumunun keçirilməsi nəzərdə tutulub.
Akademiyadan qeyd edilib ki, sosial şəbəkə problemləri bu gün dünyanı düşündürən mühüm məsələlərdən biridir: “Təhlükəsizlik və konfidensiallıq olduqca vacib problemlərdir, internetin idarə olunması siyasəti ilə demokratik internet arasında balansın təmin edilməsi İT ictimaiyyətinin qarşısında duran mühüm vəzifələrdəndir ki, bu da tədbirin ən aktual mövzuları sırasındadır”.
Qeyd edək ki, 6-7 iyun tarixlərində “TERENA” (Trans-European Research and Education Networking Accociation – Trans-Avropa Elmi Tədqiqat və Təhsil Şəbəkəsi Assosiasiyası) Baş Assambleyasının 39-cu toplantısına da start verilib. Hər iki tədbirdə ölkəmizi AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev təmsil edir.
2010-cu ildə “TERENA”-nın Baş Assambleyasının illik iclasında təşkilatın tamhüquqlu üzvü seçilən AMEA İnformasiya Texnologiyaları İnstitutu “TERENA”-nın təşkilatçılığı ilə Avropanın müxtəlif ölkələrində keçirilən beynəlxalq tədbirlərdə müntəzəm olaraq iştirak edir.
Həqiqət İSABALAYEVA
“TERENA Networking Conference” beynəlxalq konfransı keçirilir
Niderlandın Maastrixt şəhərində keçirilən “TNC2013 – TERENA Networking Conference” beynəlxalq konfransı davam edir. Avropanın ən nüfuzlu tədbirlərindən olan “TNC2013” Hollandiyanın “SURFnet”, “Cisco”, “ADVA” və digər məşhur şirkət və təşkilatların təşkilatçılığı ilə keçirilir.AMEA-dan verilən məlumata görə, tədbirdə internetin gələcək problemləri, big-data, yeni nəsil şəbəkələr, yaşıl İT, e-hökumət, təhsil və tibb, ağıllı, sensor şəbəkələr, qabaqcıl kütləvi informasiya vasitələri və s. mövzularla bağlı müzakirələr aparılır, böyük həcmli informasiyanın ötürülməsi sahəsində əldə edilmiş nailiyyətlər, robotla uzaq məsafədən qarşılıqlı əlaqənin təmini ilə bağlı təqdimatlar təqdim olunur. “Cisco” şirkətinin “Əşyaların interneti” mövzusunda simpoziumunun keçirilməsi nəzərdə tutulub.
Akademiyadan qeyd edilib ki, sosial şəbəkə problemləri bu gün dünyanı düşündürən mühüm məsələlərdən biridir: “Təhlükəsizlik və konfidensiallıq olduqca vacib problemlərdir, internetin idarə olunması siyasəti ilə demokratik internet arasında balansın təmin edilməsi İT ictimaiyyətinin qarşısında duran mühüm vəzifələrdəndir ki, bu da tədbirin ən aktual mövzuları sırasındadır”.
Qeyd edək ki, 6-7 iyun tarixlərində “TERENA” (Trans-European Research and Education Networking Accociation – Trans-Avropa Elmi Tədqiqat və Təhsil Şəbəkəsi Assosiasiyası) Baş Assambleyasının 39-cu toplantısına da start verilib. Hər iki tədbirdə ölkəmizi AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev təmsil edir.
2010-cu ildə “TERENA”-nın Baş Assambleyasının illik iclasında təşkilatın tamhüquqlu üzvü seçilən AMEA İnformasiya Texnologiyaları İnstitutu “TERENA”-nın təşkilatçılığı ilə Avropanın müxtəlif ölkələrində keçirilən beynəlxalq tədbirlərdə müntəzəm olaraq iştirak edir.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 672
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır