12px13px15px17px
Tarix:06/06/13

2016-cı ildə smartfonlar qlobal mobil telefon bazarının 85%-nə sahiblənəcək

"IC Insights" tədqiqat şirkətinin qiymətləndirməsinə əsasən, 2012-ci ildə 712 milyon smartfon istehsal edilib ki, bu da 2011-ci illə müqayisədə 47% çoxdur. Analitiklərin proqnozuna görə, cari ildə 1 milyard smartfon istehsal ediləcək və nəticədə qlobal mobil telefon bazarının 50%-dən çox hissəsinə sahiblənəcək.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, şirkətin proqnozuna əsasən, 2013-cü ilin dördüncü rübündə 300 milyondan çox smartfon istehsal ediləcək ki, bu da mobil telefon bazarının 60%-i deməkdir. 2016-cı ildə bu göstəricinin 85%-dək artacağı gözlənilir.

Tədqiqat məlumatlarına əsasən, 2012-ci ildə adi telefonların tədarük həcmi 17% azalıb və bu il daha 20% azalacaq. "Samsung" və "Apple" şirkətləri ən böyük smartfon istehsalçıları olaraq qalacaqlar. 2012-ci ildə hər iki şirkət birlikdə 354 milyon qurğu tədarük edib.

2013-cü ildə bu göstərici 480 milyonadək artacaq. Bununla belə adıçəkilən şirkətlərin ümumi payı Çin şirkətlərinin aktivliyi sayəsində 50-dən 49%-dək enəcək.

Emil Hüseynov



Baxış sayı: 3165

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024