Tarix:06/06/13
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbirdə Azərbaycanda bu sahənin inkişafına böyük əhəmiyyət verildiyi və yüksək texnologiyaların dünyada enerji, ekoloji və ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində istifadəsinə öz töhfəsini verdiyi bildirilib.
Seminarlar sintetik texnologiyaların, alternativ enerji istehsalının, süni fotosintez texnologiyalarının ekoloji problemlərin həllində istifadəsi ilə bağlı mövzular ətrafında müzakirələrə həsr olunub.
Tədbir çərçivəsində akademik Cəlal Əliyevin fotosintez sahəsində elmi nailiyyətlər sayəsində kənd təsərrüfatının taxıl istehsalı sahəsinin inkişafına verdiyi töhfə, yaratdığı yeni taxıl növləri haqda beynəlxalq səviyyəli alimlərə ətraflı məlumat verildi. Onun rəhbərliyi ilə ölkədə minlərlə genotipə malik olan buğda növlərinin yaradılması haqda bəhs edilib.
Tədbirdə beynəlxalq ekspertlər yekdilliklə fotosintez sahəsində aparılan tədqiqatların davam etdirilməsini və bu sahəyə siyasətçilərin və investorların diqqətinin cəlb edilməsini vacib sayıb. İyunun 9-dək davam edəcək konfransda süni fotosintezin buğda istehsalında istifadəsi, molekulyar biologiya, bioinformatika, genetika sahəsində tətbiq edilən yeni metodlar haqda bəhs edən məruzələr təqdim ediləcək.
Qeyd edək ki, konfransda dünyanın 37 ölkəsindən 300-dən çox beynəlxalq ekspert təmsil olunub.
Aynur Vəliyeva
“Davamlı inkişaf üçün fotosintez tədqiqatları” mövzusunda beynəlxalq konfrans çərçivəsində elmi seminarlar keçirilib
Bu gün Bakıda akademik Cəlal Əliyevin 85 illik yubileyinə həsr olunmuş "Davamlı inkişaf üçün fotosintez tədqiqatları" mövzusunda beynəlxalq konfransı çərçivəsində elmi seminarlar keçirilib."ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbirdə Azərbaycanda bu sahənin inkişafına böyük əhəmiyyət verildiyi və yüksək texnologiyaların dünyada enerji, ekoloji və ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində istifadəsinə öz töhfəsini verdiyi bildirilib.
Seminarlar sintetik texnologiyaların, alternativ enerji istehsalının, süni fotosintez texnologiyalarının ekoloji problemlərin həllində istifadəsi ilə bağlı mövzular ətrafında müzakirələrə həsr olunub.
Tədbir çərçivəsində akademik Cəlal Əliyevin fotosintez sahəsində elmi nailiyyətlər sayəsində kənd təsərrüfatının taxıl istehsalı sahəsinin inkişafına verdiyi töhfə, yaratdığı yeni taxıl növləri haqda beynəlxalq səviyyəli alimlərə ətraflı məlumat verildi. Onun rəhbərliyi ilə ölkədə minlərlə genotipə malik olan buğda növlərinin yaradılması haqda bəhs edilib.
Tədbirdə beynəlxalq ekspertlər yekdilliklə fotosintez sahəsində aparılan tədqiqatların davam etdirilməsini və bu sahəyə siyasətçilərin və investorların diqqətinin cəlb edilməsini vacib sayıb. İyunun 9-dək davam edəcək konfransda süni fotosintezin buğda istehsalında istifadəsi, molekulyar biologiya, bioinformatika, genetika sahəsində tətbiq edilən yeni metodlar haqda bəhs edən məruzələr təqdim ediləcək.
Qeyd edək ki, konfransda dünyanın 37 ölkəsindən 300-dən çox beynəlxalq ekspert təmsil olunub.
Aynur Vəliyeva
Baxış sayı: 784
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır