Tarix:07/06/13
Tokio Elm Universitetinin professoru Tatsuya Tomonun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda Yaponiyada əsas aparılan araşdırma istiqaməti bitkilərdə fotosintez prosesində dayanıqlı enerjinin əldə edilməsidir.
“Mən fotosintez sahəsində elmi araşdırmalarla məşğul oluram və deyə bilərəm ki, azərbaycanlı alim Cəlal Əliyev Yaponiyanın kənd təsərrüfatı üçün böyük işlər görüb. Onun fotosintez sahəsində əsas elmi kəşfi fotorespirasiyadır, hansı ki, fotosintez sahəsində elmi araşdırmaların əsasını təşkil edir. Neft tükənən enerji mənbəyi olduğu üçün və yaxın 100 il ərzində neftin tamamilə bitəcəyini nəzərə alsaq, deyə bilərik ki, bu kəşf gələcəkdə fotosintez sahəsində geniş istifadə taparaq enerji təminatı ilə bağlı problemlərin həlli ola bilər və dayanıqlı enerjinin alınmasına kömək edə bilər. Mən düşünürəm ki, Azərbaycanın bu sahədə kifayət qədər bacarıqlı alimləri var və bu sahədə Yaponiya ilə Azərbaycan arasında qarşılıqlı əməkdaşlığın davam etməsini istərdim. Bizim ölkələr arasında hökumətlərarası əməkdaşlıq mövcuddur və mən hesab edirəm ki, bu əməkdaşlığın universitetlər arasında da qurulması mümkündür. Hətta bizim azərbaycanlı alim və tələbələr üçün Tokio Universitetinin təklif paketimiz var, hansı ki, yaşayış və təqaüd imkanlarını təqdim edir”,- deyə o bildirib.
Aynur Vəliyeva
Azərbaycanın fotosintez sahəsində əldə etdiyi elmi nailiyyətləri Yaponiyanın kənd təsərrüfatında geniş istifadə edilib
Yaponiya Azərbaycan universitetləri ilə fotosintez, nanobiologiya və digər elmi istiqamətlər sahəsində əməkdaşlıq etməyə və öz universitetlərində azərbaycanlı tələbələri qəbul etməyə hazırdır.Tokio Elm Universitetinin professoru Tatsuya Tomonun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda Yaponiyada əsas aparılan araşdırma istiqaməti bitkilərdə fotosintez prosesində dayanıqlı enerjinin əldə edilməsidir.
“Mən fotosintez sahəsində elmi araşdırmalarla məşğul oluram və deyə bilərəm ki, azərbaycanlı alim Cəlal Əliyev Yaponiyanın kənd təsərrüfatı üçün böyük işlər görüb. Onun fotosintez sahəsində əsas elmi kəşfi fotorespirasiyadır, hansı ki, fotosintez sahəsində elmi araşdırmaların əsasını təşkil edir. Neft tükənən enerji mənbəyi olduğu üçün və yaxın 100 il ərzində neftin tamamilə bitəcəyini nəzərə alsaq, deyə bilərik ki, bu kəşf gələcəkdə fotosintez sahəsində geniş istifadə taparaq enerji təminatı ilə bağlı problemlərin həlli ola bilər və dayanıqlı enerjinin alınmasına kömək edə bilər. Mən düşünürəm ki, Azərbaycanın bu sahədə kifayət qədər bacarıqlı alimləri var və bu sahədə Yaponiya ilə Azərbaycan arasında qarşılıqlı əməkdaşlığın davam etməsini istərdim. Bizim ölkələr arasında hökumətlərarası əməkdaşlıq mövcuddur və mən hesab edirəm ki, bu əməkdaşlığın universitetlər arasında da qurulması mümkündür. Hətta bizim azərbaycanlı alim və tələbələr üçün Tokio Universitetinin təklif paketimiz var, hansı ki, yaşayış və təqaüd imkanlarını təqdim edir”,- deyə o bildirib.
Aynur Vəliyeva
Baxış sayı: 701
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır