12px13px15px17px
Tarix:07/06/13

Azərbaycan Ədliyyə Nazirliyi ölkədən çıxmasına məhdudiyyət qoyulan şəxslər haqda məlumatların verilməsi xidmətini elektronlaşdırıb

Azərbaycanın Ədliyyə Nazirliyi ölkədən çıxmalarına məhdudiyyət qoyulan vətəndaşlar haqda məlumatları elektron formada təqdim edib. “ICTnews” xəbər xidmətinin nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, bu xidmət ədliyyə naziri Fikrət Məmmədovun təsdiq etdiyi borcu olan şəxslərin ölkədən çıxış hüququna məhdudiyyət qoyulması haqda məlumatların təqdim edilməsinin inzibati reqlamenti əsasında göstərilir. Sənədə əsasən, bu dövlət xidməti pulsuz olaraq nazirliyin Baş idarəsi tərəfindən təqdim edilir, məlumatın təqdim edilməsi ilə bağlı müraciət isə bir ay ərzində baxılır.

Xidmətdən hüquqi və fiziki şəxslər “ http://exidmet.justice.gov.az”, “ http://www.e-gov.az” internet ünvanlarından istifadə edə bilərlər. Əlavə məlumatı “contact@justice.gov.az”, “ibi@justice.gov.az” elektron poçt ünvanından və ya + (99412) 539-19-80 / +(99412) 492-15-49 telefon nömrələrinə müraciət edərək almaq olar.

Aynur Vəliyeva



Baxış sayı: 16801

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024