12px13px15px17px
Tarix:08/06/13

Azərbaycanın milli domen adlarının stop-vərəqəsi genişləndirilir

Azərbaycanın milli domen adlarının stop-vərəqəsinin genişləndirilməsi üzrə işlərin sürətləndirilməsi gözlənilir.

Azərbaycanın İnformasiya təhlükəsizliyi mərkəzinin rəhbəri və “milli *.az” domeninin administratoru Faiq Fərmanovun “ICTnews”-a verdiyi məlumata əsasən, hazırda bu stop-vərəqədə artıq 100-ə yaxın Azərbaycan domeni var. “Bu stop-vərəqəyə arzuedilməz domen adları ilə yanaşı, Azərbaycanın coğrafi adlarını, ölkənin milli mədəni və tarixi dəyərlərinin adlarını göstərən domen adları daxildir.

Gələcəkdə biz Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun, Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssislərinin iştirakı ilə və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin köməyi ilə bu siyahını genişləndirmək niyyətindəyik. Bu siyahıya coğrafi adlarla yanaşı, onların üçhərfli nişanları, ölkənin tarixi şəxsiyyətlərinin adları və soyadları daxildir”, - deyə F. Fərmanov bildirib.

F. Fərmanovun sözlərinə əsasən, bu tədbirlər kiberskvottinqin (cybersquatting — domenlərin gələcəkdə təkrar satış məqsədi ilə qeydiyyatı) qarşısını almaq məqsədi ilə edilir. Qeyd edək ki, bəzi hallarda müəyyən domen adları gələcəkdə şantaj və pul qoparmaq məqsədi ilə kənar şəxslər tərəfindən qeydiyyatdan keçirilir.

Aynur Vəliyeva



Baxış sayı: 812

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024