12px13px15px17px
Tarix:10/06/13

Mərkəzi Bank “Temenos” Bank Əməliyyat Sisteminin texniki və proqram platformalarını təkmilləşdirəcək

Mərkəzi Bank (MB) “Temenos” Bank Əməliyyat Sisteminin texniki və proqram platformalarının yenilənməsi üzrə tenderin qalibini müəyyən edib. MB-dan verilən məlumata görə, “Colvir Software Solutions Ltd.” (İngiltərə) və Azərbaycanın “Sinam” şirkətlərinin yaratdığı Konsorsium tenderin qalibi elan olunub.

“Colvir Software Solutions Ltd.” şirkəti bu layihədə əsas podratçı, “Sinam” şirkəti isə subpodratçı kimi iştirak edəcək. Layihə çərçivəsində Mərkəzi Bankın əsas inzibati binasında (Bakı şəhəri), Sumqayıt və Yevlax şəhərlərində yerləşən Ehtiyat mərkəzlərində nəzərdə tutulmuş yerlərdə avadanlıqlar və proqram təminatları quraşdırılacaq. Bundan başqa, “JBase Enterprise Edition” lisenziyası platformasında “Temenos” Bank Əməliyyat Sistemi (BƏS) proqram təminatı qurulacaq və Mərkəzi Bankın əsas inzibati binası ilə ehtiyat mərkəzləri arasında onlayn rejimli replikasiya yaradılacaq.

BƏS-in proqram platformasını yeniləyərkən əlaqədar informasiya resursları (XÖHKS, AZİPS, “Oracle” Əməkhaqqı, “Oracle” Əsas vəsaitlər, “ST”, “WSS”, FƏİS, “Bloomberg”) arasında zəruri interfeyslər yaradılacaq.

HƏQİQƏT



Baxış sayı: 1078

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024