Tarix:10/06/13
Komitədən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, bu məsələnin həllini təmin edəcək təkliflər valideyn məsuliyyəti ilə bağlı təkliflər paketinə daxil edilib. “Bizim təkliflər internet-klublarda uşaqlara nəzarəti təmin edəcək tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bura internet-klubun administratorunun uşaqların onun idarə etdiyi klubda təhlükəsizliyin təminatçısı rolunda çıxış etməsi nəzərdə tutulur.
Belə ki, internet-klublarda uşaqlar üçün nəzərdə tutulmuş kompüterlər böyüklər üçün olan kompüterlərdən ayrı yerləşdirilməlidir və xüsusi filtrasiya sistemi ilə təchiz edilməlidir və onların internetdəki fəaliyyətinə nəzarət edilməlidir. İnternet-kluba 12 yaşından aşağı uşaqlar buraxılmamalıdır.
Uşaqlar dərs vaxtında internet-kluba buraxılmamalıdır və 2-3 saatdan yuxarı orada vaxt keçirməməlidirlər. Artıq 17-18 yaşına çatmış yeniyetmələr internet-klubda 3 saat otura bilərlər. Bütün bu şərtlər yerinə yetirilmədikdə sahə inspektorunun internet-klubun administratorunun məsuliyyətə cəlb edilməsi ilə bağlı təkliflər təqdim edilib, çünki bu günədək uşaqlar məktəb yerinə internet-kluba getdiyi və dərsləri buraxdıqları halda hüquq-mühafizə orqanlarının kimsəni məsuliyyətə cəlb etmək səlahiyyətləri yox idi”, - deyə komitədə bildiriblər.
Aynur Vəliyeva
Azərbaycanda internet-klubların administratorları uşaqların təhlükəsizliyini təmin etmədikdə məsuliyyətə cəlb ediləcəklər
Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaxın zamanda hökumətə uşaqların internetdə təhlükəsizliyini təmin edən təkliflər paketini təqdim edəcək.Komitədən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, bu məsələnin həllini təmin edəcək təkliflər valideyn məsuliyyəti ilə bağlı təkliflər paketinə daxil edilib. “Bizim təkliflər internet-klublarda uşaqlara nəzarəti təmin edəcək tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bura internet-klubun administratorunun uşaqların onun idarə etdiyi klubda təhlükəsizliyin təminatçısı rolunda çıxış etməsi nəzərdə tutulur.
Belə ki, internet-klublarda uşaqlar üçün nəzərdə tutulmuş kompüterlər böyüklər üçün olan kompüterlərdən ayrı yerləşdirilməlidir və xüsusi filtrasiya sistemi ilə təchiz edilməlidir və onların internetdəki fəaliyyətinə nəzarət edilməlidir. İnternet-kluba 12 yaşından aşağı uşaqlar buraxılmamalıdır.
Uşaqlar dərs vaxtında internet-kluba buraxılmamalıdır və 2-3 saatdan yuxarı orada vaxt keçirməməlidirlər. Artıq 17-18 yaşına çatmış yeniyetmələr internet-klubda 3 saat otura bilərlər. Bütün bu şərtlər yerinə yetirilmədikdə sahə inspektorunun internet-klubun administratorunun məsuliyyətə cəlb edilməsi ilə bağlı təkliflər təqdim edilib, çünki bu günədək uşaqlar məktəb yerinə internet-kluba getdiyi və dərsləri buraxdıqları halda hüquq-mühafizə orqanlarının kimsəni məsuliyyətə cəlb etmək səlahiyyətləri yox idi”, - deyə komitədə bildiriblər.
Aynur Vəliyeva
Baxış sayı: 706
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib