12px13px15px17px
Tarix:11/06/13

Zəngəzur haqqında sayt hazırlanıb

Azərbaycanda Zəngəzur haqqında sayt hazırlanıb. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, sözügedən sayt Azərbaycan Dövlət Pedaqoji Universitetinin Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Zəngəzur" Cəmiyyətləri Birliyi tərəfindən ərsəyə gətirilib. Birliyin sədri və layihənin rəhbəri Hacı Nərimanoğlu bildirib ki, sayt 14 bölmədən ibarətdir və Zəngəzurun tarixini əks etdirir.

Burada Zəngəzur mahalının tarixi keçmişi, tanınmış şəxsiyyətləri haqqında yazılan kitab və məqalələrin, sənədlərin, rus və ingilis dillərində məlumatların da toplanıb. O, internet resursun daim zənginləşdiriləcəyi, Azərbaycanın tarixi həqiqətlərinin öyrənilməsi, təbliğində faydalı olacağını vurğulayıb.

Təqdimatda "Zəngəzur" Cəmiyyətləri Birliyi Ağsaqqallar Şurasının sədri, AMEA-nın müxbir üzvü Vəli Əliyev XX əsrdə azərbaycanlıların indiki Ermənistan ərazilərindən deportasiyası və soyqırımının tarixi-siyasi fakt olaraq ilk dəfə ümummilli lider Heydər Əliyevin imzaladığı sənədlərdə əksini tapdığını vurğulayıb. V.Əliyev, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində ardıcıl, qətiyyətli fəaliyyətindən danışıb, dövlətimizin başçısının 2010-cu il sentyabrın 16-da İstanbulda keçirilmiş türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısındakı nitqində dediyi sözləri xatırladıb:

"Vaxtilə türk dünyasının qədim və ayrılmaz diyarı olan Zəngəzur bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana verilməsi nəticəsində türk dünyası arasında olan coğrafi bağlantı pozulubdur. Biz xəritəyə baxsaq, görərik ki, əgər o tarixi ədalətsizlik törədilməsəydi, bu gün vahid türk dünyası coğrafi baxımdan da bir məkan kimi yaşayacaqdı".

SEYMUR



Baxış sayı: 969

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024