12px13px15px17px
Tarix:11/06/13

Avropa İttifaqının nümayəndəsinə ədliyyə sistemində tətbiq edilən elektron xidmətlər barədə məlumat verilib

İyunun 10-da ədliyyə naziri Fikrət Məmmədov Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin səlahiyyət müddəti başa çatan rəhbəri, səfir Roland Kobia ilə görüşüb. Avropa İttifaqı ilə səmərəli əməkdaşlığı vurğulayan nazir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan məhkəmə-hüquq islahatları, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, hakimlərin sayının artırılması, onların Avropa Şurası və Aİ tərəfindən örnək kimi dəyərləndirilən ən şəffaf seçimi, habelə ədliyyə, o cümlədən penitensiar sistemin müasirləşdirilməsi üzrə görülən işləri, həmçinin infrastrukturun müasirləşdirilməsi, qabaqcıl İKT-lərin və elektron xidmətlərin tətbiqi barədə məlumat verib.

Nazir ədliyyə sahəsində həyata keçirilən tədbirlərə dəstək göstərilməsində və mühüm layihələrin uğurla reallaşmasında səfir Roland Kobianın xidmətlərini qeyd edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Ölkəmizdəki fəaliyyətindən məmnunluq ifadə edən R.Kobia Avropa İttifaqının Azərbaycan ilə hərtərəfli, xüsusilə ədliyyə sahəsində sıx əməkdaşlıq etdiyini və bu sahənin Aİ-nin əsas prioritetlərindən olduğunu vurğulayıb.

Qonaq Ədliyyə Nazirliyi ilə qarşılıqlı tərəfdaşlığı və işçilərin peşəkarlığını yüksək dəyərləndirmiş, birgə həyata keçirilən "Ədliyyə sahəsində islahatlara dəstək" layihəsinin uğurla icra olunacağına əminliyini bildirmiş, Azərbaycandan xoş təəssüratla ayrıldığını söyləyib. Görüşdə ikitərəfli əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.



Baxış sayı: 1175

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024