12px13px15px17px
Tarix:11/06/13

Azərbaycan Milli İnternet Mükafatının nominantları müəyyən edilib

“NETTY 2013” Azərbaycan Milli İnternet Mükafatının nominantları müəyyən edilib. Virtual Jüri və Ekspert Şurasının səsverməsi nəticəsində iştirakçı saytların ümumi sayından 50-dən çox resurs seçilib, onlar artıq mükafatın nominantlarıdır. Nominantların yekun siyahısı “http://www.netty.az/” saytında yerləşdirilib.

Mükafatın akademiyası səsverməyə başlayıb. Nominantların sırasından seçilən qaliblər rəsmi mükafatlandırma mərasimi zamanı 18 iyun tarixində elan olunacaq. Nominasiyaya layiq bilinən bütün saytların nümayəndələri mərasimdə iştirak edəcəklər.

Qeyd edək ki, akademiyanın üzvləri daxili səsvermə əsasında hər nominasiya üzrə bir qalibi müəyyən edəcək. Akademiyanın qərarı ilə “Milli informasiya texnologiyalarının inkişafının zənginləşdirilməsinə görə” və “İlin İT hadisəsi” fəxri nominasiyalarında qaliblər elan olunacaq. Həmçinin “Sosial şəbəkə seçimi”və “Mobil avadanlıqlar üçün ilin proqramı” müsabiqədən kənar nominasiyalar üzrə qaliblərin mükafatlandırılması baş verəcək.

Xatırladaq ki, müsabiqə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin hərtərəfli dəstəyi ilə keçirilir. Müsabiqənin Premyer partnyorları qismində “MobiTel” və “Huawei Azerbaijan” şirkətləri çıxış edirlər. Telekommunikasiya operatoru “ULTEL”, “BakuTel” sərgisi, “Nurlar” şirkəti, kabel operatoru “KTV1”-i, “Ali&Nino” kitab mağazaları şəbəkəsi, “JIS” studiyası, “Happyland” şirkəti, birinci internet provayder “İntrans” müsabiqənin rəsmi partnyorlarıdır.

“SAZZ” şirkəti mükafatın texniki partnyorudur. “GoldenPay” sistemi “Elektron ticarət” nominasiyasının partnyorudur. “Extraweb” studiyası “Servis-saytlar” nominasiyasının partnyorudur.

Müsabiqənin hüquqi dəstəyi “De jure” hüquq firması tərəfindən həyata keçirilir. İnformasiya təhlükəsizliyi üzrə partnyor “Dr.Web” şirkətidir. Tədbirə informasiya dəstəyi “Infocity.az”, “Biznesinfo.az”, “Disput.az”, “Navigator.az” Azərbaycan xəbərləri, “weblist.az” kataloqu, “inet.az” reytinq sistemi göstərir.

Qeyd edək ki, “NETTY” Azərbaycan Milli İnternet Mükafatı - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə, İT bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.



Baxış sayı: 705

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024