12px13px15px17px
Tarix:11/06/13

Bu gün «Mən Azərbaycanlıyam» internet viktorinasının birinci ongünlüyünün qalibləri müəyyənləşəcək

«Azərbaycanda 2013-cü il "İnformasiya-kommunikasiya texnologiyaları ili" çərçivəsində həyata keçirmək üçün bir çox işlər planlaşdırılır. Onların reallaşdırılması da təmin edilir. Ölkə üzrə qəbul edilmiş bu planlardan əlavə olaraq, həm Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, həm də Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən xüsusi daxili planlar təsdiq edilib və bunlar icra olunmaqdadır».

«ICTnews» elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə mətbuata verdiyi açıqlamasında söyləyib. Onun sözlərinə görə, ən son layihələrdən biri olan «Mən Azərbaycanlıyam» internet viktorinası fəaliyyətə başlayıb. Onun da televiziya viktorinasının internet variantı olduğunu xatırladan nazir müavini deyib ki, artıq bu gün birinci ongünlüyün qalibləri müəyyənləşəcək:

«Çünki bu layihədə nəzərdə tutulub ki, hər ongünlüyün qaliblərinə mükafatlar verilsin. Eyni zamanda bu qaliblər super finalda iştirak etmək şansına malikdirlər və orda da böyük mükafatların verilməsi nəzərdə tutulub. Biz güman edirik ki, belə layihələr əhalimiz, xüsusən də gənclərimiz arasında informasiya-kommunikasiya texnologiyalarına marağı artıracaq, kompüter biliklərinin çoxalmasına kömək edəcək. Eyni zamanda, belə layihələr vasitəsilə biz daha çox vətəndaşlarımızın İKT sahəsində olan layihələrə cəlb edilməsinə çalışırıq».

SEYMUR



Baxış sayı: 856

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024