Tarix:12/06/13
"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, fin istehsalçısı buraxılmış "Symbian"-qurğularını axıradək satmaq niyyətindədir və artıq yenilərini buraxmamaq niyyətindədir, çünki müasir ölçülərə görə bu əməliyyat sistemi "iOS" və "Android" ilə rəqabət apara bilmir.
Analitiklər deyirlər ki, "Symbian"ın sürətli ölümü "Nokia"nın digər rəqiblərdən geri qaldığı haqda daha bir siqnaldır, ilk növbədə bu, "Apple" və "Google"-dur.
"Nokia"nın özündə satışların dayandırılmasının əsas səbəbinin bu qurğulara olan tələbatın azalması ilə bağlı olduğunu gizlətmirlər. Bu da smartfon bazarının kəskin artımına baxmayaraq baş verir.
Fin şirkəti eyni zamanda yaxın gələcəkdə "Microsoft" həllərində fikrini cəmləşdirmək niyyətində olduğunu bildirir. Bir çox sənaye inkişaf etmiş bazarlarda "Symbian" bazar payı 5-7% ətrafındadır, lakin bu göstərici artıq azalır və "Windows Phone" əsasında istehsal edilən "Nokia" smartfonlarının payından azdır. "Symbian"ın Avropa bazarında payı aprel ayının nəticələrinə əsasən təqribən 1,8% təşkil edib.
Bu ilin birinci rübündə "Nokia" 500 min "Symbian" üzərində işləyən qurğu istehsal edib. "Nokia"nın "Symbian" əsasında buraxdığı son qurğu 2012-ci ildə buraxılan "808 Pureview" smartfonudur.
Aynur Vəliyeva
“Nokia” şirkəti “Symbian” əsasında işləyən telefonların satışını dayandırır
"Nokia" şirkəti "Symbian" əməliyyat sistemi əsasında işləyən telefonların dünya bazarına təchizatını bu ilin yayında tamamilə dayandırır və "Windows Phone" əsasında işləyən qurğular üçün yol açır."ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, fin istehsalçısı buraxılmış "Symbian"-qurğularını axıradək satmaq niyyətindədir və artıq yenilərini buraxmamaq niyyətindədir, çünki müasir ölçülərə görə bu əməliyyat sistemi "iOS" və "Android" ilə rəqabət apara bilmir.
Analitiklər deyirlər ki, "Symbian"ın sürətli ölümü "Nokia"nın digər rəqiblərdən geri qaldığı haqda daha bir siqnaldır, ilk növbədə bu, "Apple" və "Google"-dur.
"Nokia"nın özündə satışların dayandırılmasının əsas səbəbinin bu qurğulara olan tələbatın azalması ilə bağlı olduğunu gizlətmirlər. Bu da smartfon bazarının kəskin artımına baxmayaraq baş verir.
Fin şirkəti eyni zamanda yaxın gələcəkdə "Microsoft" həllərində fikrini cəmləşdirmək niyyətində olduğunu bildirir. Bir çox sənaye inkişaf etmiş bazarlarda "Symbian" bazar payı 5-7% ətrafındadır, lakin bu göstərici artıq azalır və "Windows Phone" əsasında istehsal edilən "Nokia" smartfonlarının payından azdır. "Symbian"ın Avropa bazarında payı aprel ayının nəticələrinə əsasən təqribən 1,8% təşkil edib.
Bu ilin birinci rübündə "Nokia" 500 min "Symbian" üzərində işləyən qurğu istehsal edib. "Nokia"nın "Symbian" əsasında buraxdığı son qurğu 2012-ci ildə buraxılan "808 Pureview" smartfonudur.
Aynur Vəliyeva
Baxış sayı: 738
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır