Tarix:12/06/13
“ICTnews” elektron xəbər xidmətinə AMEA Elmi İnnovasiyalar Mərkəzindən (EİM) bildirilib ki, hər iki tədbirdə ölkəmizi EİM-in baş direktorunun birinci müavini, iqtisad elmləri namizədi, dosent Arzu Hüseynova təmsil edib. Birinci beynəlxalq tədbir - “Elmi və texnoloji innovasiya: milli təcrübə və beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilmiş beynəlxalq konfransda 41 məruzə dinlənilib.
Konfransda “AMEA Elmi İnnovasiyalar Mərkəzinin beynəlxalq fəaliyyəti” mövzusunda çıxış edən A.Hüseynova bildirib ki, müstəqillik şəraitində Azərbaycan iqtisadiyyatının formalaşdırılması və inkişafının əsas amillərindən biri innovasiya potensialının olmasıdır:
“Respublikanın sosial-iqtisadi inkişafı ilk növbədə iqtisadiyyatın innovasiya yoluna keçməsindən, elmi biliklərin innovasiyaya transformasiyası və onların kommersiyalaşdırılmasından, ölkənin təsərrüfat kompleksinin əsas sahələrinin innovasiya qavrama dərəcəsindən asılıdır”. Samarada baş tutan “Şıxobalov oxunuşları: istehlak bazarı inkişafının təcrübəsi, problemləri və perspektivləri” mövzusunda keçirilmiş III Beynəlxalq elmi-praktiki konfransda isə 100-dən yuxarı məruzə edilib. III Beynəlxalq elmi-praktiki konfransda Azərbaycanın yeganə nümayəndəsi Arzu Hüseynova “MİS-ə sinergetik yanaşma – Azərbaycanın innovasiya iqtisadiyyatının əsasıdır” mövzusunda məruzə edib və bildirib ki, Azərbaycanın sosial-iqtisadi inkişafının əsas məqsədi iqtisadiyyatın innovasiya yoluna keçməsidir.
“Bununla əlaqədar Azərbaycanda milli innovasiya sisteminin formalaşması üçün zəmin yaratmaq zəruridir. 20 illik müstəqilliyimiz dövründə ölkəmiz əldə etdiyimiz nailiyyətlərə görə regionda lider mövqeyindədir. Qazandığımız bu uğurlar xalqımızın sabaha inamını artırır”- deyə, natiq məruzəsində qeyd edib.
Həqiqət İSABALAYEVA
Rusiyada keçirilən innovasiyalar üzrə beynəlxalq konfransda Azərbaycanın innovasiya potensialından danışılıb
Cari ilin may və iyun aylarında Rusiyanın Moskva və Samara şəhərlərində keçirilən innovasiyalar üzrə beynəlxalq konfranslarda Azərbaycanın innovasiya potensialından danışılıb.“ICTnews” elektron xəbər xidmətinə AMEA Elmi İnnovasiyalar Mərkəzindən (EİM) bildirilib ki, hər iki tədbirdə ölkəmizi EİM-in baş direktorunun birinci müavini, iqtisad elmləri namizədi, dosent Arzu Hüseynova təmsil edib. Birinci beynəlxalq tədbir - “Elmi və texnoloji innovasiya: milli təcrübə və beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilmiş beynəlxalq konfransda 41 məruzə dinlənilib.
Konfransda “AMEA Elmi İnnovasiyalar Mərkəzinin beynəlxalq fəaliyyəti” mövzusunda çıxış edən A.Hüseynova bildirib ki, müstəqillik şəraitində Azərbaycan iqtisadiyyatının formalaşdırılması və inkişafının əsas amillərindən biri innovasiya potensialının olmasıdır:
“Respublikanın sosial-iqtisadi inkişafı ilk növbədə iqtisadiyyatın innovasiya yoluna keçməsindən, elmi biliklərin innovasiyaya transformasiyası və onların kommersiyalaşdırılmasından, ölkənin təsərrüfat kompleksinin əsas sahələrinin innovasiya qavrama dərəcəsindən asılıdır”. Samarada baş tutan “Şıxobalov oxunuşları: istehlak bazarı inkişafının təcrübəsi, problemləri və perspektivləri” mövzusunda keçirilmiş III Beynəlxalq elmi-praktiki konfransda isə 100-dən yuxarı məruzə edilib. III Beynəlxalq elmi-praktiki konfransda Azərbaycanın yeganə nümayəndəsi Arzu Hüseynova “MİS-ə sinergetik yanaşma – Azərbaycanın innovasiya iqtisadiyyatının əsasıdır” mövzusunda məruzə edib və bildirib ki, Azərbaycanın sosial-iqtisadi inkişafının əsas məqsədi iqtisadiyyatın innovasiya yoluna keçməsidir.
“Bununla əlaqədar Azərbaycanda milli innovasiya sisteminin formalaşması üçün zəmin yaratmaq zəruridir. 20 illik müstəqilliyimiz dövründə ölkəmiz əldə etdiyimiz nailiyyətlərə görə regionda lider mövqeyindədir. Qazandığımız bu uğurlar xalqımızın sabaha inamını artırır”- deyə, natiq məruzəsində qeyd edib.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 755
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır