Tarix:12/06/13
“British Airways” Azərbaycanda müştərilərinə ən son əyləncə texnologiyaları əsasında qurulmuş yüksək keyfiyyətli xidmətlər göstərir
"British Airways" aviaşirkəti Azərbaycana qayıdışının altı ayını təntənəli mərasimlə qeyd edib. Şirkətdən "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata əsasən, mərasim Amerikanın Azərbaycandakı Ticarət Palatası (AmCham) ilə birgə keçirilib. "British Airways"in Azərbaycanda rəsmi açılışı "BMI" şirkətinin 2012-ci ilin oktyabr ayında "British Airways"ə daxil olandan sonra baş tutub. "AmCham"ın rəhbəri Nərqiz Nəsrullayeva-Muduroglu və "British Airways"in Orta və Mərkəzi Asiya regionu üzrə kommersiya direktoru Paolo De Renzis qeyd ediblər ki, "British Airways"in ölkəyə qayıtmasına şaddılar. Müştərilərə yüksək səviyyədə xidmət təqdim etmək məqsədi ilə şirkət Azərbaycana bütün "A321" təyyarə modellərini tam təmirdən çıxardandan sonra qayıdıb. "British Airways" hava gəmisində 2 cür uçuş sinfi təqdim olunur: "Club World" (biznes sinfi) və "World Traveller" (ekonom sinfi). Rahatlığı artırmaq üçün təyyarə yeni oturacaqlarla və ən son əyləncə texnologiyaları təchiz olunub. British Airwaysin servislərindən istifadə edərək Azərbaycan səyahətçiləri Azərbaycandan Londonun "Heathrow T1" hava limanına gəlməklə burada yaradılan geniş aviaşirkətlər şəbəkəsindən istifadə edərək ABŞ və Kanadın 20-dən çox istiqamətindən yararlana bilərlər. Aviaşirkət "Heathrow" hava limanına rahat transfer də təqdim edir. T1 və T5 terminalları arasında minimal transit vaxtı 90 dəqiqə təşkil edir. "Oneworld" ittifaqından olan tərəfdaşları ilə birgə "British Airways" yüzlərlə marşrut üzrə ümumi şəbəkə, fasiləsiz müştəri xidməti və tez-tez uçanlar üçun bir sıra güzəştlər təklif edir. "British Airways"in Londona və digər istiqamətlərdə uçuş cədvəli ba.com saytında istıfadəçilərin ixtiyarındadır. Bura daxil olmaqla istənilən şəxs təyyarədə yeri bron edib, biletin pulun ödüyüb, qeydiyyatdan keçə bilər. Aynur VəliyevaBaxış sayı: 727
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır