12px13px15px17px
Tarix:12/06/13

İran Kosmik Araşdırmalar Mərkəzi açıb

İran KİV-nin yaydığı xəbərə görə, ölkə ərazisində Kosmik Araşdırmalar Mərkəzi açılıb. Sözügedən mərkəz Tehrandan 200 km cənubda, Delican şəhərində yerləşir.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, ölkənin rəsmi məlumatlarında deyilir ki, Kosmik Araşdırmalar Mərkəzi milli təhlükəsizliyi möhkəmləndirməyə və İran peyklərinin işini yaxşılaşdırmağa imkan verəcək. İranın rəsmi “IRNA” informasiya rəsmi agentliyi qeyd edir ki, hazırda mərkəzin vəzifəsi İranın öz peyklərini, xüsusən istifadə müddəti sona yaxınlaşan peyklərini müşahidə etməkdən ibarətdir.

Xatırladaq ki, İranın ilk peyki 2009-cu ildə orbitə buraxılıb, daha sonra 2011 və 2012-ci illərdə Yerin uzaq məsafədən zondlanması üçün iki aparat buraxıb.

Emil Hüseynov



Baxış sayı: 717

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024