12px13px15px17px
Tarix:13/06/13

MKİ-nin sabiq əməkdaşı Edvard Snouden Honkonqda qalmaq niyyətindədir

ABŞ-ın xüsusi xidmət orqanlarının tam məxfi elektron izləmə proqramını ifşa etmiş Edvard Snouden Honkonqda qalmaq niyyətindədir. "Honkonqu tərk etmək üçün əlimdə çox imkan olub, lakin qalmağa və ədalət məhkəməsi vasitəsilə ABŞ hökumətinə qarşı mübarizə aparmağa üstünlük verirəm. Mən inanıram ki, Honkonqda qanun alidir" – MKİ-nin texniki xidmətlərinin sabiq əməkdaşı deyib.

"Honkonqu seçərək səhv etdiyimi düşünənlər mənim niyyətimi anlamırlar. Mən burada ədalət məhkəməsindən gizlənmək üçün deyil, cinayətləri açmaq üçün məskunlaşmışam" – 29 yaşlı Edvard Snouden deyib.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, elektron izləmə proqramının ifşaçısı, həmçinin deyib ki, ABŞ bir neçə ildir Honkonqda yerləşən kompüterlərə haker hücumları həyata keçirir və onları izləyir. ABŞ hələ ki MKİ-nin texniki bölməsinin sabiq əməkdaşına qarşı heç bir ittiham irəli sürməyib. Məxfi informasiyanın sızması faktı üzrə araşdırmaya başlanılıb.

Qeyd edək ki, ABŞ və Çinin xüsusi inzibati rayonu Honkonq arasında 1998-ci ildən ekstradisiya haqqında ikitərəfli saziş qüvvədədir. Hüquqşünasların sözlərinə görə, sözügedən saziş təcrübədə keçərlidir, artıq dəfələrlə ona müraciət edilib. Həmçinin nəzərdə tutulub ki, milli maraqlara zərər dəyəcəyi halda Çinin mərkəzi hakimiyyəti ekstradisiya haqqında qərara veto qoya bilər.

Emil Hüseynov



Baxış sayı: 723

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024