Tarix:13/06/13
Yarışmanın məqsədi milli-mədəni irsimizin təbliği, bu sahədə marağın və biliklərin artırılması, vətənpərvərlik hisslərinin yüksəldilməsidir. Yarışma oyuna rəsmi saytı (www.azerbaycanliyam.az) və "Facebook"dakı səhifəsi ( https://apps.facebook.com/azerbaycanliyam/?fb_source=search&ref=ts&fref=ts ) vasitəsilə qoşulmaq mümkündür. İyun ayının ilk 10 günlüyündə yarışmaya 5000-dək iştirakçı qoşulub.
Yarışın şərtlərinə uyğun olaraq müsbət nəticələr göstərmiş ilk 10 nəfər ongünlüyün qalibi olmuş və netbuk tipli kompüterlər qazanıblar. İlk 100-lüyə daxil olan digər iştirakçılar isə həvəsləndirici mükafatlara – 10 manatlıq mobil telefon danışıq kartlarına sahib olublar. RİTN-də keçirilmiş tədbirdə nazir müavini Elmir Vəlizadə çıxış edərək qalib iştirakçıları təbrik etmiş, bu yarışmanın gənclərimiz arasında, eləcə də cəmiyyətdə maraqla qarşılandığı və onun əhəmiyyəti qeyd olunub.
Tədbirdə bildirilib ki, gündən-günə bu yarışmaya daha çox iştirakçılar qatılacaq və hər bir iştirakçı bu yarışmada yeni biliklər əldə edə biləcəklər. Qalib olanlar isə onların daha da inkişaf etmələrinə yardımçı ola biləcək kompüter avadanlıqları, mobil telefonlar, hətta pul mükafatları əldə edirlər.
Qeyd olunub ki, hətta superfinalın qalibi İKT ixtisası üzrə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" ilə müəyyən olunan universitetin magistr pilləsinə daxil olarsa, pul mükafatı əvəzinə RİTN-də yaradılmış "İKT-nin İnkişafı Naminə İnsan Resursları Fondu" tərəfindən təhsil haqqının ödənilmə şansına malikdir. Tədbirin sonunda ilk ongünlüyün qaliblərinə hədiyyələr təqdim edilmiş və onlarla yarışmanın superfinalında uğurlu iştirak arzulanıb.
Yarışmanın 12.06.2013-ci il tarixinə olan statistikası göstərir ki, ümumilikdə 5068 nəfər qeydiyyatdan keçib. Onlardan 4388 nəfər sayt, 680 nəfər isə "Facebook" səhifəsindən oyuna qoşulublar. Bunlardan 3431 nəfəri kişi (yarışma iştirakçılarının 68%), 1637 nəfəri isə qadındır (yarışma iştirakçılarının 32%-i). Yarışma dekabr ayının 1-dək davam edəcək və hər 10 gündən bir qaliblərin mükafatlandırma mərasimi, dekabrın ilk həftəsi isə superfinal keçiriləcəkdir.
“Mən Azərbaycanlıyam” onlayn bilik yarışmasının ilk qalibləri müəyyənləşdi
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunan və "İnformasiya-kommunikasiya texnologiyaları ili" çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən 01 iyun 2013-cü il tarixindən internet məkanda "Mən Azərbaycanlıyam" onlayn bilik yarışması təşkil olunub.Yarışmanın məqsədi milli-mədəni irsimizin təbliği, bu sahədə marağın və biliklərin artırılması, vətənpərvərlik hisslərinin yüksəldilməsidir. Yarışma oyuna rəsmi saytı (www.azerbaycanliyam.az) və "Facebook"dakı səhifəsi ( https://apps.facebook.com/azerbaycanliyam/?fb_source=search&ref=ts&fref=ts ) vasitəsilə qoşulmaq mümkündür. İyun ayının ilk 10 günlüyündə yarışmaya 5000-dək iştirakçı qoşulub.
Yarışın şərtlərinə uyğun olaraq müsbət nəticələr göstərmiş ilk 10 nəfər ongünlüyün qalibi olmuş və netbuk tipli kompüterlər qazanıblar. İlk 100-lüyə daxil olan digər iştirakçılar isə həvəsləndirici mükafatlara – 10 manatlıq mobil telefon danışıq kartlarına sahib olublar. RİTN-də keçirilmiş tədbirdə nazir müavini Elmir Vəlizadə çıxış edərək qalib iştirakçıları təbrik etmiş, bu yarışmanın gənclərimiz arasında, eləcə də cəmiyyətdə maraqla qarşılandığı və onun əhəmiyyəti qeyd olunub.
Tədbirdə bildirilib ki, gündən-günə bu yarışmaya daha çox iştirakçılar qatılacaq və hər bir iştirakçı bu yarışmada yeni biliklər əldə edə biləcəklər. Qalib olanlar isə onların daha da inkişaf etmələrinə yardımçı ola biləcək kompüter avadanlıqları, mobil telefonlar, hətta pul mükafatları əldə edirlər.
Qeyd olunub ki, hətta superfinalın qalibi İKT ixtisası üzrə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" ilə müəyyən olunan universitetin magistr pilləsinə daxil olarsa, pul mükafatı əvəzinə RİTN-də yaradılmış "İKT-nin İnkişafı Naminə İnsan Resursları Fondu" tərəfindən təhsil haqqının ödənilmə şansına malikdir. Tədbirin sonunda ilk ongünlüyün qaliblərinə hədiyyələr təqdim edilmiş və onlarla yarışmanın superfinalında uğurlu iştirak arzulanıb.
Yarışmanın 12.06.2013-ci il tarixinə olan statistikası göstərir ki, ümumilikdə 5068 nəfər qeydiyyatdan keçib. Onlardan 4388 nəfər sayt, 680 nəfər isə "Facebook" səhifəsindən oyuna qoşulublar. Bunlardan 3431 nəfəri kişi (yarışma iştirakçılarının 68%), 1637 nəfəri isə qadındır (yarışma iştirakçılarının 32%-i). Yarışma dekabr ayının 1-dək davam edəcək və hər 10 gündən bir qaliblərin mükafatlandırma mərasimi, dekabrın ilk həftəsi isə superfinal keçiriləcəkdir.
Baxış sayı: 1171
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı