12px13px15px17px
Tarix:13/06/13

Hazırda “Yüksək Texnologiyalar Parkı”nın formalaşdırılması üzrə təşkilati məsələlərin həlli istiqamətində işlər aparılır

Hazırda “Yüksək Texnologiyalar Parkı”nın (“YT Park”) formalaşdırılması üzrə təşkilati məsələlərin həlli istiqamətində işlər aparılır. Bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə açıqlamasında məlumat verib.

Nazir müavininin sözlərinə görə, təşkilati məsələlər həll olunduqdan sonra “YT Park”ın tikintisinə, eyni zamanda fəaliyyət istiqamətləri üzrə konsepsiyasının hazırlanmasına başlanılacaq. Qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində “Yüksək Texnologiyalar Parkı” respublika prezidentinin 5 noyabr 2012-ci il tarixli fərmanı ilə yaradılıb.

“Yüksək Texnologiyalar Parkı”- informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatlar aparılması, yeni və yüksək texnologiyaların hazırlanması üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir. Parkın fəaliyyəti nəticəsində iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyəti artırılacaq. Müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələri genişləndiriləcək. Elmi tədqiqatlar aparılması və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslərin yaradılması təmin ediləcək.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 845

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024