12px13px15px17px
Tarix:13/06/13

Kompüter qurğularının qlobal tədarük həcmi 7% artacaq

“Canalys” analitik şirkətinin proqnozuna görə, 2013-cü ildə fərdi kompüter qurğularının (masaüstü kompüter, noutbuk və planşetlər) qlobal tədarük həcmi 7% artaraq 493,1 milyon olacaq. Planşetlər bazarın aparıcı qüvvəsi olacaq və yuxarıda qeyd olunan göstəricinin 37%-i onun payına düşəcək.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, planşetlərə yüksək tələbat olduğu halda, masaüstü FK və leptop seqmentində əks-tendensiya müşahidə olunur. Belə ki, bu ilin birinci rübündə masaüstü və noutbuk bazarının həcmi müvafiq olaraq 10,3% və 13,1% azalıb. Müvafiq dövrdə planşet seqmentinin həcmi iki dəfədən çox artaraq 41,9 milyon (+106,1%) olub.

Bu ilin dördüncü rübündə planetlərin tədarük həcminə görə noutbukları ötəcəyi gözlənilir. “Canalys” şirkətinin qiymətləndirməsinə əsasən, cari ilin yekununa görə 182,5 milyon planşet, 205,6 milyon noutbuk və 105 milyon masaüstü sistem tədarük ediləcək. 2017-ci ilədək planşetlər FK qurğular bazarında lider olacaqlar:

713,8 milyon qurğunun 64%-i və ya 456,1 milyonu planşetlərin payına düşəcək. Noutbukların payı isə təxminən 25% və ya 171,9 milyon təşkil edəcək.

Emil Hüseynov



Baxış sayı: 696

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024