12px13px15px17px
Tarix:14/06/13

RİTN-də Azərbaycan həqiqətlərinin virtual təbliği ilə bağlı təkliflər hazırlanır

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən Azərbaycan həqiqətlərinin virtual təbliği və ölkə ilə əlaqədar informasiyaların yayılması ilə bağlı təkliflər hazırlanır.

Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə RİTN-in Beynəlxalq əlaqələr və qeyri-dövlət qurumları ilə iş şöbəsindən məlumat verilib. Şöbədən bildirilib ki, burada əsas məqsəd Dağlıq Qarabağ, qaçqın və köçkünlər, eləcə də ölkədə aparılan quruculuq işləri, inkişaf və digər məsələlərlə bağlı həqiqi və dolğun məlumatların dünya ictimaiyyətinə çatdırılmasıdır. Şöbədən qeyd edilib ki, sözügedən təkliflər bir sıra sahələri əhatə edir və hazırda baxılma prosesindədir:

«Burada həm də «Vikipedia»da (Wikipedia) Azərbaycan ilə bağlı məlumatların artırılması nəzərdə tutulub. Qeyd edək ki, bu istiqamətdə aparılan işlər yaxın zamanlarda başa çatacaq. Artıq bununla bağlı da addımlar atılıb. Bir sıra qurumların da təklifləri alınıb». Bu istiqamətdə işlərin aparılması 2013-cü ilin «İnformasiya-kommunikasiya texnologiyaları ili» elan edilməsi ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə təsdiq edilən tədbirlər planına daxildir.

SEYMUR



Baxış sayı: 715

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024