12px13px15px17px
Tarix:14/06/13

Mobil reklam bazarına hansı şirkətlər ağalıq edir?

“eMarketer” marketinq şirkətinin proqnozuna əsasən, “Google” bu il mobil reklamdan 8.8 milyard dollar həcmində mənfəət əldə edəcək ki, bu göstərici ötən illə müqayisədə 92% çoxdur.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “eMarketer” şirkətinin proqnozuna əsasən, bu il mobil reklam bazarının dövriyyəsi təxminən 16 milyard dollar təşkil edəcək və “Google”-un sözügedən bazarda payı 56% təşkil edəcək.

13% göstəriciyə malik “Facebook” sosial şəbəkəsi ikinci yerdə qərarlaşıb. Qeyd edək ki, bu sosial şəbəkə 1 il ərzində payını 3 dəfə artırıb.

Emil Hüseynov



Baxış sayı: 640

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024