12px13px15px17px
Tarix:15/06/13

“Bakcell” “Wi-Fi” internet xidmətini istifadəyə verib

"Bakcell" şirkəti Bakı şəhərində "Wi-Fi" internet xidmətini istifadəyə verib. Şirkət "Wi-Fi" internet xidmətini Bakının müxtəlif yerlərində təklif edir.

"Bakcell"in "3G Sür@" internet xidməti istifadəyə verildikdən sonra şəbəkədəki data trafikinin həcmi 8 dəfədən çox artıb və bunun sayəsində "Bakcell" bir nömrəli mobil internet provayderinə çevrilib. Bütün daxili və xarici sınaqlar göstərir ki, "Bakcell" ölkədə ən üstün şəbəkə və ən yüksək "3G" buraxılış qabiliyyətinə malikdir. Bu gün mobil internet sabit interneti üstələyir və bu tendensiya gələcəkdə də davam edəcək. "Bakcell" ən son texnologiyalardan istifadə etməklə Azərbaycanda bu günün ən böyük çöl "Wi-Fi" əhatəsini təmin edir" - deyə şirkətin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.

"Wi-Fi" xidməti aşağıda qeyd olunan yerlərdə göstərilir: Elmlər Akademiyası və Hüseyn Cavid parkı, Filarmoniya parkı və "İçərişəhər" metro stansiyasının ətrafı, Fəvvarələr meydanı, Nizami küçəsi, Zərifə Əliyeva adına park, Nərimanov parkı, Sabir bağı, Xaqani parkı, Sahil parkı və Dəmir Yolu vağzalı.

Bu xidmətdən bütün "Bakcell" abunəçiləri yararlana bilər. "Wi-Fi" paketini əldə etmək üçün balansınız aktiv vəziyyətdə olmalıdır. Qoşulmaq üçün göstərilən "Wi-Fi" əhatə ərazilərindən "Bakcell" "Wi-Fi" xidmətini, sonra isə əsas səhifədə müvafiq paketi seçin. İstədiyiniz paketin kodunu (1,2 və ya 3) 7600 qısa nömrəsinə göndərin. Parolunuz sizə SMS vasitəsilə göndəriləcək. Əsas səhifədə şifrəni daxil edin və "Wi-Fi" internetindən yararlanın.

"Wi-Fi" xidməti mobil cihazlar, noutbuklar, planşetlər və digər oxşar cihazlar üçün nəzərdə tutulub.

"Bakcell" sizə cəmi 1 qəpiyə 30 dəqiqəlik sınaq paketi, 0.55 və 0.99 AZN-ə isə 1 və 3 saatlıq paketlər təklif edir. Bundan əlavə, paketlərə müvafiq olaraq 100 Mb, 300 Mb və 1000 Mb trafik əldə edirsiniz.

İnternet xidmətinin sürəti ən yaxın "Wi-Fi" giriş nöqtəsinə olan məsafədən asılı olaraq 10Mb/s-ə kimidir.

"Bakcell" öz müştərilərini ən mükəmməl şəbəkə keyfiyyəti ilə təmin etmək üçün şəbəkəyə sərmayə yatırımını davam edəcək. Yaxın gələcəkdə "Wi-Fi" zonaları şəhərin Texniki Universitet, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Muğan parkı, Səməd Vurğun bağı, Qış parkı, Heydər Əliyev parkı və bir çox digər yerlərində quraşdırılacaq.





Baxış sayı: 618

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024