12px13px15px17px
Tarix:18/06/13

Azərbaycanda yaxın zamanda yeni dövlət ödəniş portalı işə başlayacaq

“Sinam” şirkəti yaxın zamanda yeni dövlət ödəniş portalını (Government Payment Portal” (GPP) istifadəyə verəcək.

“Sinam” şirkətindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, bu portal Azərbaycan Mərkəzi Bankında tətbiq edilmiş “APUS (Automated payment utility service)” sistemini əvəz edəcək. “Hazırda layihə çərçivəsində son tamamlama işləri aparılır və bizim qiymətləndirmələrimizə görə, portal yaxın 1-2 ay ərzində istismara veriləcək.

Artıq GPP sisteminin optimallaşdırılması üzrə işlər başa çatıb, Azərbaycan Mərkəzi Bankında, əməliyyat sisteminin imkanlarını artıran “Oracle Exadata” sistemi tətbiq edilib. Getdikcə “Chek Free” sistemi əsasında yaradılmış platformanın imkanlarının artırılması nəzərdə tutulub.

Bütün ödənişlər “elektron hökumət” formasına keçirilir və burada artıq vergi, kommunal və digər ödənişləri həyata keçirmək mümkün olacaq»,- deyə şirkətdə bildiriblər. Portalda borclar və ödəyicilər haqda onlayn məlumat xidməti təqdim ediləcək.

Aynur Vəliyeva



Baxış sayı: 1063

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024