12px13px15px17px
Tarix:18/06/13

İtaliyanın İT şirkətindən azərbaycanlı sahibkarlara əməkdaşlıq təklifi gəlib

İtaliyanın “Maggioli Informatica” şirkətindən azərbaycanlı sahibkarlara əməkdaşlıq təklifi gəlib. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.

AZPROMO-dan bildirilib ki, “Maggioli Informatica” şirkəti öz ölkəsində informasiya-kommunikasiya texnologiyaları sahəsində tanınmış proqram təminatçısıdır: “Şirkət işgüzar əməkdaşlıq qurmaq üçün Azərbaycanda partnyorlar axtarır.

Maraqlanan iş adamları “Maggioli Informatica” şirkəti barədə ətraflı məlumatı “http://www.maggioli.it” elektron səhifəsindən öyrənə bilərlər.

Eyni zamanda ətraflı məlumat üçün isə əlaqəli şəxs - Bertrando Di Renzo, ixrac üzrə menecerə (tel.: +39 0541 628 380, mobil: +39 366 587 98 09) müraciət edə bilərlər”.

HƏQİQƏT



Baxış sayı: 666

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024