Tarix:18/06/13
“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, bu, sözügedən xidmətin rəhbərliyinin yerli telekommunikasiya tənzimçilərinin tələbini yerinə yetirmədiyi halda baş verəcək.
Xatırladaq ki, hələ bu ilin martında ölkə hakimiyyəti “Skype”, “Viber” və “WhatsApp” kimi internet-telefoniya xidmətləri və onlayn messencerlərinin işini bloklayacağı ilə hədələmişdi. Bu, onların sahiblərinin istifadəçi kontentinin monitorinqi üçün zəruri alətləri təqdim etməyəcəyi halda baş verəcəkdi.
"Biz “WhatsApp” və digər oxşar kommunikasiya platformaları ilə əlaqə saxlayaraq onları Səudiyyə Ərəbistanının telekommunikasiya provayderləri ilə əməkdaşlığa səsləyirik, lakin hələ ki heç bir nəticə əldə olunmayıb" – hakimiyyətin nümayəndəsi Abdulla Əl-Dərrab deyib.
Onun sözlərinə görə, ötən həftə “Viber” əməkdaşlıqdan imtina etdiyi üçün bloklanıb, “Skype” və “WhatsApp”ı da eyni aqibət gözləyə bilər. “WhatsApp” rəhbərliyi razılığa gəlməsə, güman ki, Səudiyyə Ərəbistanı sakinləri iyulun 9-dək xidmətdən istifadə etməkdən məhrum olacaqlar.
Ölkə ərazisində internet istifadəçilərinin sayı təxminən 16 milyon təşkil edir ki, bu da “VoIP” telefoniya xidmətlərinin inkişafına şərait yaradır.
Emil Hüseynov
Səudiyyə Ərəbistanı hakimiyyəti “WhatsApp”ı hədələyib
Səudiyyə Ərəbistanı hakimiyyəti “Viber” internet telefoniya xidmətinin ardından yaxın həftələr ərzində “WhatsApp” məşhur mobil messencerinin işini bloklayacağı ilə hədələyib.“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, bu, sözügedən xidmətin rəhbərliyinin yerli telekommunikasiya tənzimçilərinin tələbini yerinə yetirmədiyi halda baş verəcək.
Xatırladaq ki, hələ bu ilin martında ölkə hakimiyyəti “Skype”, “Viber” və “WhatsApp” kimi internet-telefoniya xidmətləri və onlayn messencerlərinin işini bloklayacağı ilə hədələmişdi. Bu, onların sahiblərinin istifadəçi kontentinin monitorinqi üçün zəruri alətləri təqdim etməyəcəyi halda baş verəcəkdi.
"Biz “WhatsApp” və digər oxşar kommunikasiya platformaları ilə əlaqə saxlayaraq onları Səudiyyə Ərəbistanının telekommunikasiya provayderləri ilə əməkdaşlığa səsləyirik, lakin hələ ki heç bir nəticə əldə olunmayıb" – hakimiyyətin nümayəndəsi Abdulla Əl-Dərrab deyib.
Onun sözlərinə görə, ötən həftə “Viber” əməkdaşlıqdan imtina etdiyi üçün bloklanıb, “Skype” və “WhatsApp”ı da eyni aqibət gözləyə bilər. “WhatsApp” rəhbərliyi razılığa gəlməsə, güman ki, Səudiyyə Ərəbistanı sakinləri iyulun 9-dək xidmətdən istifadə etməkdən məhrum olacaqlar.
Ölkə ərazisində internet istifadəçilərinin sayı təxminən 16 milyon təşkil edir ki, bu da “VoIP” telefoniya xidmətlərinin inkişafına şərait yaradır.
Emil Hüseynov
Baxış sayı: 852
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib