Tarix:18/06/13
“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, yeni məhsulun üstünlüyü ondadır ki, “Yandex”in mobil brauzeri ilk növbədə məlumat axtarışına yönləndirilib. “Android” üçün nəzərdə tutulmuş versiyada yazı sətri ekranın aşağı hissəsində yerləşdirilib.
İnsanların mətn yazdıqda səhvlərinin qarşısını almaq üçün mobil brauzer yarı sözdən yazılan sözü müəyyən edir və axtarış düzgün cavabı verir. Sayt ünvanı göstərilən kimi brauzer lazım olan internet səhifəsinə keçir. Mobil brauzerin daha bir üstünlüyü onun rahat interfeysi və mobil interneti sürətləndirmək üçün nəzərdə tutulan turbo-rejimidir.
“iPad” planşetləri üçün nəzərdə tutulmuş versiyada xüsusi “SplitView” rejimi mövcuddur. Mobil brauzerdə internet səhifələrin rahat baxılması üçün şərait yaradılıb, belə ki, hər hansı bir sayt baxılmaq üçün seçildiyi halda axtarış nəticələri sola çıxardılır, sayt isə ekranın sağ tərəfində açılır.
Yeni mobil brauzerlə təchiz edilmiş smartfonlar artıq payız aylarında satışa çıxarılacaq. Yaxın gələcəkdə mobil brauzer “Yandex”in məşhur servislərinə və əlavələrinə inteqrasiya ediləcək. Yeni brauzerin buraxılması haqda “Yandex” bir ay bundan öncə məlumat verib. “Yandex”in məlumatına əsasən, o, artıq Rusiyanın desktop bazarının 5%-ni əldə edib.
Aynur Vəliyeva
“Yandex” mobil brauzerini istifadəyə verir
“Yandex” şirkəti “iPad” planşetləri və “Android” əsasında qurulmuş smartfonlar üçün mobil brauzeri istifadəyə verəcəyini bəyan edib.“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, yeni məhsulun üstünlüyü ondadır ki, “Yandex”in mobil brauzeri ilk növbədə məlumat axtarışına yönləndirilib. “Android” üçün nəzərdə tutulmuş versiyada yazı sətri ekranın aşağı hissəsində yerləşdirilib.
İnsanların mətn yazdıqda səhvlərinin qarşısını almaq üçün mobil brauzer yarı sözdən yazılan sözü müəyyən edir və axtarış düzgün cavabı verir. Sayt ünvanı göstərilən kimi brauzer lazım olan internet səhifəsinə keçir. Mobil brauzerin daha bir üstünlüyü onun rahat interfeysi və mobil interneti sürətləndirmək üçün nəzərdə tutulan turbo-rejimidir.
“iPad” planşetləri üçün nəzərdə tutulmuş versiyada xüsusi “SplitView” rejimi mövcuddur. Mobil brauzerdə internet səhifələrin rahat baxılması üçün şərait yaradılıb, belə ki, hər hansı bir sayt baxılmaq üçün seçildiyi halda axtarış nəticələri sola çıxardılır, sayt isə ekranın sağ tərəfində açılır.
Yeni mobil brauzerlə təchiz edilmiş smartfonlar artıq payız aylarında satışa çıxarılacaq. Yaxın gələcəkdə mobil brauzer “Yandex”in məşhur servislərinə və əlavələrinə inteqrasiya ediləcək. Yeni brauzerin buraxılması haqda “Yandex” bir ay bundan öncə məlumat verib. “Yandex”in məlumatına əsasən, o, artıq Rusiyanın desktop bazarının 5%-ni əldə edib.
Aynur Vəliyeva
Baxış sayı: 965
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib