Tarix:19/06/13
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, "Mobitel" ("Nokia Mobile" şirkətinin Azərbaycanda rəsmi distribüteri), "Caspian Telecom" (HTC, "Sony i BlackBerry"-nin Azərbaycanda distribüteri), "İnteqral" ("Samsung Mobile" şirkətinin Azərbaycanda rəsmi distribüteri), "Sun Mobile" ("Fly və Birds"-in rəsmi distribüteri) şirkətlərinin aprelin 1-də elan etdiyi müsabiqədə qəzet, jurnal, televiziya, radio, habelə internet media saytlarında yerləşdirilmiş məqalələr və reportajlar qəbul edilib.
Müsabiqə çərçivəsində hazırlanan məqalələr "IMEI kod nədir və mobil cihazların qeydiyyat sisteminin əhali üçün üstünlükləri", "IMEI kodlar vasitəsilə saxta cihazları necə müəyyən etmək olar", "Saxta mobil telefon alan istehlakçını hansı təhlükələr gözləyir", "Azərbaycana idxal olunmuş mobil telefonların qeydiyyat prosedurları" kimi mövzuları əhatə edib.
Qaliblər müsabiqənin təşkilatçılarının nümayəndələrindən ibarət Münsiflər Heyəti tərəfindən müəyyənləşdirilib.
Məqalələrin qiymətləndirilməsi zamanı media-resursun Azərbaycanda nüfuzu və oxucularının sayı da nəzərə alınıb, həmçinin müəlliflərin qiymətləndirilməsi prosesində məqalələrin sayı əlavə üstünlük hesab edilib.
Beləliklə, Münsiflər Heyəti tərəfindən müəyyən edilmiş ən yaxşı üç müəllif üçün Türkiyəyə səfər təşkil olunur. Səfər zamanı jurnalistlər bu ölkənin mobil cihazların qeydiyyat sisteminin tətbiqi üzrə müsbət təcrübə ilə tanış olmaq imkanı əldə edəcəklər. Müsabiqədə fərqlənən digər jurnalistlər isə mobil telefonlarla mükafatlandırılıblar.
Həqiqət İSABALAYEVA
“Mobil cihazların qeydiyyat sisteminin istehlakçılar üçün üstünlükləri” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) "Mobil cihazların qeydiyyat sisteminin istehlakçılar üçün üstünlükləri" mövzusunda kütləvi informasiya vasitələri arasında təşkil olunmuş müsabiqənin mükafatlandırma mərasimi keçirilib.Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, "Mobitel" ("Nokia Mobile" şirkətinin Azərbaycanda rəsmi distribüteri), "Caspian Telecom" (HTC, "Sony i BlackBerry"-nin Azərbaycanda distribüteri), "İnteqral" ("Samsung Mobile" şirkətinin Azərbaycanda rəsmi distribüteri), "Sun Mobile" ("Fly və Birds"-in rəsmi distribüteri) şirkətlərinin aprelin 1-də elan etdiyi müsabiqədə qəzet, jurnal, televiziya, radio, habelə internet media saytlarında yerləşdirilmiş məqalələr və reportajlar qəbul edilib.
Müsabiqə çərçivəsində hazırlanan məqalələr "IMEI kod nədir və mobil cihazların qeydiyyat sisteminin əhali üçün üstünlükləri", "IMEI kodlar vasitəsilə saxta cihazları necə müəyyən etmək olar", "Saxta mobil telefon alan istehlakçını hansı təhlükələr gözləyir", "Azərbaycana idxal olunmuş mobil telefonların qeydiyyat prosedurları" kimi mövzuları əhatə edib.
Qaliblər müsabiqənin təşkilatçılarının nümayəndələrindən ibarət Münsiflər Heyəti tərəfindən müəyyənləşdirilib.
Məqalələrin qiymətləndirilməsi zamanı media-resursun Azərbaycanda nüfuzu və oxucularının sayı da nəzərə alınıb, həmçinin müəlliflərin qiymətləndirilməsi prosesində məqalələrin sayı əlavə üstünlük hesab edilib.
Beləliklə, Münsiflər Heyəti tərəfindən müəyyən edilmiş ən yaxşı üç müəllif üçün Türkiyəyə səfər təşkil olunur. Səfər zamanı jurnalistlər bu ölkənin mobil cihazların qeydiyyat sisteminin tətbiqi üzrə müsbət təcrübə ilə tanış olmaq imkanı əldə edəcəklər. Müsabiqədə fərqlənən digər jurnalistlər isə mobil telefonlarla mükafatlandırılıblar.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 854
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı